Modern.az

Pakistan-İran gərginliyi: Səfir geri çağırıldı, səfərlər dayandırıldı

Pakistan-İran gərginliyi: Səfir geri çağırıldı, səfərlər dayandırıldı

Dünya

17 Yanvar 2024, 15:24

Pakistan İranın hücumlarına cavab olaraq Tehrandakı səfirini geri çağırıb.

 

Modern.az xəbər verir ki, bu barədə Pakistan Xarici İşlər Nazirliyi məlumat yayıb.

 

Nazirlik İranın raket hücumunu qeyri-qanuni addım hesab etdiyini bildirib. Pakistan, həmçinin İrana bütün yüksək səviyyəli səfərləri dayabdırıb.

 

Pakistan Xarici İşlər Nazirliyinin sözçüsü Mümtaz Zəhra Bəluç deyib ki, İran tərəfindən Pakistanın suverenliyinin əsassız və kobud şəkildə pozulması beynəlxalq hüququn və BMT Nizamnaməsinin məqsəd və prinsiplərinə ziddir.

 

Qeyd edək ki, yanvarın 16-da İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) Pakistana zərbələr endirib. İran mətbuatı zərbələrin “Ceyş əl-Ədl” qruplaşmasının qərargahına endirildiyini deyir. Pakistan XİN hücum nəticəsində 2 uşağın öldüyünü bildirib.

 

Zərbələr İsveçrənin Davos şəhərində keçirilən Dünya İqtisadi Forumu çərçivəsində İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian ilə Pakistanın müvəqqəti baş naziri Ənvar ul Haq Kakar arasında görüş vaxtına təsadüf edib.

Sizə yeni x var
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə