Modern.az

Putinlə Rəisinin görüşü planlaşdırılır

Putinlə Rəisinin görüşü planlaşdırılır

Dünya

17 Yanvar 2024, 14:56

Rusiya və İran arasında böyük dövlətlərarası müqavilə iki ölkə prezidentlərinin yaxın vaxtlarda keçiriləcək görüşü çərçivəsində imzalanacaq.

 

Modern.az xəbər verir ki, bu barədə Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova ənənəvi brifinqdə bildirib. O deyib ki, Rusiya ilə İran arasında münasibətlər hazırda yüksək səviyyədədir və dövlətlərarası müqavilənin imzalanmasına son hazırlıq işləri görülür.

Sənədin Rusiya-İran əlaqələrinin bütün sahələrini əhatə edəcəyini, iki ölkənin strateji tərəfdaşlığının əsaslarını əks etdirəcəyini bildirən XİN rəsmisi xatırladıb ki, hazırkı dövlətlərarası müqavilənin bağlanmasından 20 ildən çox vaxt keçir.

M.Zaxarova vurğulayıb ki, Rusiya və İran prezidentlərinin görüşünün vaxtını Kreml elan edəcək.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə