Modern.az

Azərbaycanda jurnalist vaxtsız vəfat edib

Azərbaycanda jurnalist vaxtsız vəfat edib

24 Aprel 2010, 16:50

İstedadlı Azərbaycan jurnalisti, BBC-nin rus xidmətində reportajları ilə tanınan İlham Rzayev 31 yaşında vaxtsız dünyasını dəyişib. “Turan”ın məlumatına görə, İ.Rzayev Sumqayıtda dünyaya gəlib və boya-başa çatıb. 2002-ci ildə Azərbaycan prezidenti yanında Dövlət İdarəçilik Akademiyasını bitirib. Jurnalist karyerasına “Şərq” informasiya agentliyində başlayıb.

2001-2004-cü illərdə “Exo” qəzetinin siyasi şöbəsində aparıcı müxbir işləyib. 2004-cü ildən 2007-ci ilə BBC radiosunun rus xidmətinin “Qafqaz və Mərkəzi Asiya” xidmətinin müxbiri olub.
2007-ci ildə ABŞ Dövlət Departamentinin “Maski” proqramı ilə Solt-Leyk-Siti şəhər universitetində ixtisası üzrə magistraturada təhsil almağa gedib. 2009-cu ildə təhsilini başa vuraraq, siyasi elmlər magistrı (MS) dərəcəsini alıb. Elə həmin il eyni ixtisas üzrə həmin universitetin doktoranturasına (PhD student) daxil olub.
Son vaxtlar İlham ağır xəstəlikdən əziyyət çəkirmiş. Onun bir qız övladı qalıb.
Allah rəhmət etsin.

 

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Sevastopolda Rusiyaya məxsus daha bir SU-35 vurulub