Modern.az

İran və Pakistan XİN başçıları danışıqlar apardı 

İran və Pakistan XİN başçıları danışıqlar apardı 

Dünya

17 Yanvar 2024, 19:13

İran və Pakistan xarici işlər nazirləri arasında telefon danışığı baş tutub.

 

Modern.az xəbər verir ki, məlumatı İran tərəfi yayıb.

 

İran XİN başçısı Hüseyn Əmir Abdullahian bildirib ki, Ceyş əl-Ədl kimi tanınan hərəkat iki ölkənin ümumi təhlükəsizliyinə qarşı fəaliyyət göstərən terror qruplaşmasıdır:

 

"İran silahlı qüvvələrinin dünənki antiterror əməliyyatı bu İran terror qruplaşmasına qarşı olub və bu əməliyyatda heç bir Pakistan vətəndaşı hücuma məruz qalmayıb”.

 

Pakistanın xarici işlər naziri isə qeyd edib ki, İranın təhlükəsizliyi həm də Pakistanın təhlükəsizliyidir və nə vaxt Pakistanda İrana qarşı təhlükə yaranarsa, Pakistan hökuməti ona qarşı hərəkətə keçib.

 

Nazir vurğulayıb ki, İslamabad Pakistandakı terror qruplaşmalarına qarşı mübarizənin Pakistan qüvvələri tərəfindən aparılacağını gözləyir.

Sizə yeni x var
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə