Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin Ermənistanın Moskvadakı səfiri Vağarşak Harutyunyanla görüşüb.
Modern.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.
Tərəflər Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması məsələsini müzakirə ediblər.
Qaluzin nizamlanma üzrə üçtərəfli işin tez bir zamanda bərpa olunmasının vacibliyini vurğulayıb.
Bildirilir ki, görüş Ermənistan səfirinin xahişi ilə baş tutub.