Modern.az

Stalin obrazını yaradan aktyor vəfat etdi

Stalin obrazını yaradan aktyor vəfat etdi

Dünya

17 Yanvar 2024, 23:50

Rusiyanın Əməkdar artisti Aleksandr Vontov həyatının 74-cü ilində vəfat edib.

 

Modern.az xəbər verir ki, bu barədə aktyorun 1977-ci ildən çalışdığı Sankt-Peterburqdakı V. F. Komissarjevskaya adına teatr məlumat yayıb.

 

“V. F. Komissarjevskaya adına teatr təəssüf hissi ilə bildirir ki, bu gün Əməkdar mədəniyyət işçisi, Rusiyanın Əməkdar artisti Aleksandr Borisoviç Vontov vəfat edib. Parlaq, ciddi xasiyyətə malik, hazırcavab Aleksandr Borisoviçin xatirəsi qəlbimizdə əbədi yaşayacaq. Onun vəfat etməsi xəbəri bizim üçün çox ağır zərbədir. Teatr bu xəbərdən kədərləndiyini bildirir və Aleksandr Borisoviçin ailəsinə və dostlarına, həmkarlarına və yaradıcılığının çoxsaylı pərəstişkarlarına səmimi qəlbdən başsağlığı verir” – məlumatda bildirilir. Eyni zamanda, məlumatda aktyorla vida tarixinin və yerinin əlavə olaraq elan ediləcəyi qeyd olunur.

 

A.B.Vontov V. F. Komissarjevskaya adına Teatrın truppasına Leninqrad Dövlət Teatr, Musiqi və Kinematoqrafiya İnstitutunu (indi Rusiya Dövlət Səhnə Sənətləri İnstitutu) aktyorluq sinfi üzrə bitirdikdən dərhal sonra qəbul edilib. Teatrda işlədiyi müddət ərzində aktyor 80-dən çox rola həyat verib.

 

Teatrdan əlavə, A.B.Vontov filmlərdə və seriallarda fəal şəkildə rol alıb. O, “Zoya”, “Stalinin almazları”, “Hər şey Xarbində başladı”, “Çapay bizimlədir” filmlərində İosif Stalinin obrazını yaradıb. Aktyorun çəkildiyi son ekran əsərləri arasında "Ulduzlar və tülkülər" mini serialı, "Dəyirmançı" serialı və "Salyut-7" filmi var.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə