Modern.az

Pakistanın Tehrandakı müvəqqəti işlər vəkili İran XİN-ə çağırıldı

Pakistanın Tehrandakı müvəqqəti işlər vəkili İran XİN-ə çağırıldı

Dünya

18 Yanvar 2024, 11:53

Pakistanın Tehrandakı müvəqqəti işlər vəkili İranın Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb.

 

Modern.az xəbər verir ki, məlumatı İSNA yayıb.

 

Bildirilib ki, diplomat Pakistan Hərbi Hava Qüvvələrinin İranın Sistan və Bəlucistan əyalətinə aviazərbələrin endirilməsinə izahat vermək üçün dəvət olunub.

 

Rəsmi İslamabadın yaydığı açıqlamaya əsasən, yanvarın 18-də Pakistan İranın bu əyalətinin Seravan şəhərində terrorçuların mövqeyini bombalayıb. Hadisə nəticəsində 7 nəfər ölüb.

Whatsapp
Bizə yazın!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə