Modern.az

İranın “macəralarına” cavab verməyə hazırıq! - Pakistan ordusu

İranın “macəralarına” cavab verməyə hazırıq! - Pakistan ordusu

Dünya

18 Yanvar 2024, 12:52

Pakistan silahlı qüvvələri yüksək döyüş hazırlığı vəziyyətinə gətirilib.

 

Modern.az xəbər verir ki, bu barədə "Reuters" agentliyi məlumat yayıb.

 

Agentliyin mənbəsi ordunun İranın “macəralarına” cavab verməyə hazır olduğunu bildirib.

 

Qeyd edək ki, Pakistan yanvarın 18-də səhər saatlarında Sistan və Bəlucistan əyalətində yerləşən Seravan rayonundakı hədəflərə hücum edib. İslamabad qeyd edib ki, zərbələr terrorçuların sığınacaqlarını hədəf alıb. Pakistan İranı qardaş ölkə adlandırıb və onun suverenliyinə və ərazi bütövlüyünə hörmət etdiyini bəyan edib.

 

Hava hücumları Tehranın yanvarın 16-da Pakistan daxilindəki hədəflərə hücumundan sonra həyata keçirilib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə