"Hazırkı vəziyyət Qərbin Hitleri sakitləşdirməyə çalışdığı 1930-cu illəri xatırladır".
Modern.az "Politico"ya istinadən xəbər verir ki, bunu Böyük Britaniyanın xarici işlər naziri Devid Kameron bildirib.
O qeyd edib ki, Ukraynadakı müharibə onun mütləq bir nömrəli prioriteti olaraq qalır.
"Bu, bizim nəsil üçün bir çağırışdır. 1930-cu illərdə Avropada xarici işlər naziri və ya lider olmaq kimi bir şeydir. Biz Putini sakitləşdirməməliyik. Onun işğalı olan şərlə üzləşməliyik", - Kameron deyib.
Böyük Britaniyanın xarici işlər nazirinin sözlərinə görə, edilə biləcək yeganə şey Putinin qalib gəlmədiyini göstərməkdir.