Modern.az

Hakan Fidan Pakistan və İranın XİN başçıları ilə müzakirə apardı

Hakan Fidan Pakistan və İranın XİN başçıları ilə müzakirə apardı

Dünya

18 Yanvar 2024, 14:40

Türkiyənin xarici işlər naziri Hakan Fidan Pakistanın xarici işlər naziri Cəlil Abbas Cilani və İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahianla telefon danışığı aparıb.

 

Modern.az TRT-yə istinadən xəbər verir ki, bu barədə diplomatik mənbələrdən bildirilib.


Məlumata görə, xarici işlər naziri Fidan danışıqlar zamanı bölgədə yeni problemlərin olmamasına diqqət çəkib və hər iki tərəfi mötədilliyə çağırıb.

 

Cilani və Abdullahiyan gərginliyin artmasını istəmədiklərini bildiriblər.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə