Modern.az

153 beynəlxalq müşahidəçi akkreditasiyadan keçdi

153 beynəlxalq müşahidəçi akkreditasiyadan keçdi

Aktual

18 Yanvar 2024, 16:28

İndiyədək 25 min 841 müşahidəçi akkreditasiyadan keçib. Onların 153 nəfəri beynəlxalq müşahidəçilərdir.

 

Modern.az xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov qurumun yanvarın 18-də keçirilən iclasında deyib.

 

O bildirib ki, ölkə üzrə müşahidə aparmaq üçün Mərkəzi Seçki Komissiyasında 2 min 832 müşahidəçi akkreditasiyadan keçib. Dairə seçki komissiyalarında isə konkret dairə ərazisində müşahidə aparmaq üçün 22 min 856 nəfər müşahidəçi akkreditasiyadan keçib.

Sizə yeni x var
Keçid et
ABŞ qırıcıları hərəkətə keçdi - İrana hücum başlayır