Modern.az

Toivo Klaar Bakıya niyə gəlmədi? - SƏBƏB

Toivo Klaar Bakıya niyə gəlmədi? - SƏBƏB

19 Yanvar 2024, 15:34

Hazırda Ermənistanda olan Avropa İttifaqının xüsusi nümayəndəsi Toivo Klaar İrəvandan sonra Bakıya getməyəcək.

 

Modern.az xəbər verir ki, bu barədə Klaarın ofisindən "Azadlıq" radiosunun erməni bürosuna məlumat verilib.

 

“Bildiyiniz kimi, Azərbaycanda seçkiqabağı təşviqat dövrüdür, ona görə də hazırda Bakıya səfər nəzərdə tutulmur. Amma Aİ-nin xüsusi nümayəndəsi Azərbaycan rəhbərliyi ilə də sıx əlaqədədir və mütəmadi olaraq əlaqə saxlayır”, - məlumatda deyilir.

 

Qeyd edək ki, Klaar Ermənistan rəsmiləri ilə görüşlər keçirib və Azərbaycanla münasibətlərin normallaşması müzakirə olunub.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə