Rusiyada Moskva məhkəməsi Ukrayna Silahlı Qüvvələrinin polkovniki Aleksandr Kelembet haqqında qiyabi həbs qərarı çıxarıb.
Modern.az TASS-a istinadən xəbər verir ki, bu barədə məhkəmənin mətbuat xidmətindən bildirilib.
Kelembetin "beynəlxalq axtarışda olduğu" əlavə edilib.
Xatırladaq ki, 2022-ci ilin 24 fevralında Rusiyanın Ukraynaya hücumu nəticəsində başlayan müharibə davam edir. Rusiya Ukraynanın Xerson və Zaporojye vilayətlərini, habelə qondarma "Donetsk XR" və "Luqansk XR" separatçı qurumlarını birtərəfli qaydada ilhaq etdiyini açıqlayıb.