Moldova Rusiya sülhməramlılarını separatçı Prednestroviyada təlimlər zamanı pozuntularda ittiham edib.
Modern.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
“Moldova nümayəndə heyəti dekabrın 22-də Rusiya Federasiyası sülhməramlı qüvvələrinin hərbi kontingentinin keçirdiyi təlimlərə istinad edərək, bu pozuntuların araşdırılmasına, habelə təlimlərin keçirilməsi üçün yeni qaydaların hazırlanmasına çağırıb”, - Reinteqrasiya Bürosunun sülhməramlı əməliyyatların idarə edilməsi üzrə Birgə Nəzarət Komissiyasının iclasının yekunlarına dair bəyanatında deyilir.
Moldovanın ümayəndə heyəti bildirib ki, təlimlər hərbi silah və texnikanın tətbiqi ilə dislokasiya məntəqələrindən kənarda yerləşən sülhməramlı postlarda keçirilib.