Modern.az

Netanyahu "2 dövlət" modelini rəsmən rədd edib - Qəzzada ölənlər artır...

Netanyahu

Dünya

19 Yanvar 2024, 16:54

İsrailin baş naziri Benyamin Netanyahu açıq şəkildə “iki dövlət” ideyasını rədd edib.

 

Modern.az BBC-yə istinadən xəbər verir ki, bu, ABŞ və müttəfiqlərini narahat edir

 

Belə ki, Netanyahu Qəzza zolağında münaqişə bitdikdən sonra Fələstin dövlətinin yaradılmasının əleyhinə olduğunu ABŞ-a açıq şəkildə bildirib. Keçirdiyi mətbuat konfransında o, həmçinin Qəzzada hücumu "tam qələbəyə qədər" davam etdirəcəyini vəd edib.

 

"Onun bəyanatları müttəfiqlərin qanlı müharibənin dayandırılması və iki dövlətli danışıqlara qayıtması çağırışları fonunda səslənir", - BBC yazır.

 

Tam qələbə ilə Netanyahu HƏMAS-ın məhv edilməsini və qalan israilli girovların geri qaytarılmasını nəzərdə tutur ki, onun fikrincə, bu, daha çox - aylar çəkə bilər.

 

HƏMAS-ın idarə etdiyi Səhiyyə Nazirliyinin məlumatına görə, artıq Qəzza zolağında 25 mindən çox fələstinli həlak olub və anklav əhalisinin təxminən 85%-i evlərini tərk etmək məcburiyyətində qalıb.

 

"Bu baxımdan, bir çox dünya liderləri İsraili hücumunu ləngitməyə və müharibəni dayandırmaq və regionda sabitlik yaratmaq üçün mənalı danışıqlara başlamağa inandırmağa çalışır", - deyə qeyd olunub.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə