Modern.az

Uca və təmiz - BAZARDÜZÜ QEYDLƏRI - deputat Əli Hüseynli yazır - FOTOLAR+VİDEO

Uca və təmiz - BAZARDÜZÜ QEYDLƏRI - deputat Əli Hüseynli yazır - FOTOLAR+VİDEO

27 Sentyabr 2013, 15:08

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri

Azərbaycan bölgələrinin inkişafı seçki teledebatlarını seçildiyimiz rayonlarda və hətta marafon çərçivəsində olduğumuz ucqar dağ bölgələrində belə izləməyə imkan verir. Bir müddət parlament həmkarımız olmuş Cəmil Həsənlinin prezident İlham Əliyevə, onun ailə üzvlərinə və bütövlükdə hakimiyyətə ünvanladığı şər, böhtan və təhqirə təbii ki, reaksiyalarımız oldu. Amma Azərbaycan təbiətinin bu füsunkar və ekstremal yerlərindən debatlara münasibət bir qədər də fərqlidir.

Vaxtilə ölkə Prezidenti biz hakim partiyanın nümayəndələrilə yanaşı, müxalif tərəfdə olan Cəmil Həsənliyə də geniş bir mənzil verəndə, bunu təbii qarşıladıq. Çünki bu, yeni bir siyasi mədəniyyətin göstəricisi idi. Cəmil Həsənlinin bir qədər də qabağa gedib yaşadığı mənzilin alt mərtəbəsini özəlləşdirərək icarəyə verməsi belə, normal qarşılanırdı. Çünki müxalifətin də yaxşı yaşamaq hüququ var. Amma onun Fərhad Əliyevin hüquqlarını korrupsioner pulları hesabına müdafiəsi professorun əsl simasını artıq o zaman üzə çıxarmışdı.

Professorun maskası çoxdan düşüb. Amma o, hazırkı sifətilə yalanı-yalana calayır.

Onun, dövlətin rəsmi büdcəsindən 2 dəfə çox vəsaitin xaricə çıxarılması ilə bağlı uydurmasının maraqlı cavabını isə Azərbaycanın füsunkar təbiətinə səyahətdən qayıdan bir əcnəbi dostumdan eşitdim: “Məgər bu adam bilmirmi ki, ölkənin büdcəsinin əsasını təşkil edən neft gəlirləri həm də bu işdə payı olan xarici neft şirkətlərin nəzarəti altındadır?! Belə çıxır ki, sizin müxalifət Azərbaycana investisiya qoymuş böyük ölkələri və şirkətləri də oğru sayır. Axı bu, absurddur”.

Əcnəbidən ayrılırıq.

Artıq zirvədəyik: Bazardüzündə.

Bu uca zirvədən isə her şey daha aydın görünür: ağlar və qaralar, hündürlər və alçaqlar və sair...

Həm də o görünür ki:

Azərbaycan müxalifəti boğazına, Cəmil Həsənli isə başına qədər bataqlığın və yalanın içərisindədir.

Növbəti müddətə Prezident seçiləcək İlham Əliyev isə başı qarlı, hündür və müdrik zirvəyə bənzəyir: uca və təmiz...

Qəbələ rayon sakini Şahin Məmmədov: “Mən Prezdent seçkiləri çərçivəsində İlham Əliyevə dəstək marafonu barədə eşidəndə, düşünmədən bu tədbirə qoşuldum.

Azərbaycanın bir neçə rayonunun, o cümlədən Qəbələnin əhatəsində yerləşən Bazardüzünə getmək çox cəlbedici idi.

Bizim rayonumuz – Qəbələ indi nəinki Azərbaycanın, hətta bütün Qafqazın ən gözəl, inkişaf etmiş rayonlarından, turist mərkəzlərindən biridir.

Düzdür, əvvəllər mən qazanc dalınca Rusiyaya getmək məcburiyyətində idim. İndi isə rayonumuza hətta kənardan işçi qüvvəsi cəlb olunur.

Başqa ölkələrdən gələn dostlarımıza indi böyük həvəslə Qəbələnin füsunkar təbiətini və müasir obyektlərini göstəririk.

Qəbələdəki yeni aeroportdan Rusiya istiqamətində uçuş zamanı Böyük Qafqaz sıra dağlarını, o cümlədən Bazardüzünü seyr etmək olur. Amma o zirvəyə doğru piyada getmək isə çətinlyinə baxmayaraq, daha maraqlı oldu. Çünki biz bunu Prezidentimiz İlham Əliyevin şərəfinə edirdik”.
















Whatsapp
Bizə yazın!
Keçid et
SON DƏQİQƏ! İran raketlərlə vuruldu- Anbaan görüntülər