Ermənistanın müdafiə naziri Suren Papikyan NATO baş katibinin Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Xavyer Kolomina ilə təhlükəsizlik məsələlərini müzakirə edib.
Modern.az xəbər verir ki, Ermənistan KİV-nin məlumatına görə, görüşdə regional təhlükəsizliklə bağlı və qarşılıqlı maraq doğuran digər məsələlər də müzakirə olunub.
Görüş zamanı Ermənistan-NATO tərəfdaşlığının hazırkı kursu və inkişaf perspektivləri də müzakirə olunub.