Modern.az

Belarusun yeni hərbi doktrinasında nüvə silahı da var - Nazir AÇIQLADI

Belarusun yeni hərbi doktrinasında nüvə silahı da var - Nazir AÇIQLADI

Dünya

19 Yanvar 2024, 17:36

"Belarusda taktiki nüvə silahlarının yerləşdirilməsi ölkənin yenilənmiş hərbi doktrinasında zəruri tədbir kimi nəzərdə tutulub".

 

Modern.az "Kommersant"a istinadən xəbər verir ki, bu barədə Belarusun müdafiə naziri Viktor Xrenin məlumat verib.

 

Onun sözlərinə görə, sənəd hərbi münaqişələrin qarşısının alınmasına yönəlib:

 

"Hərbi Doktrinanın mühüm yeniliyi dövlət tərəfindən həyata keçirilən tədbirlərin hərbi təhlükə səviyyəsinə uyğun olmasıdır. Yenilənmiş doktrinada onlar hərbi-siyasi vəziyyətin gərginləşməsinin qarşısını almağa və vəziyyəti sakitləşdirməyə yönəlib. Ən əsası isə Hərbi Doktrina layihəsi birmənalı mesaj verir - reaksiya vermək üçün çox gec olacaq vəziyyətə imkan verməməliyik".

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə