Modern.az

Putin buzlu su çuxuruna girdi - dini ayini icra etdi

Putin buzlu su çuxuruna girdi - dini ayini icra etdi

Dünya

19 Yanvar 2024, 18:07

Rusiya Prezidenti Vladimir Putin yanvarın 18-dən 19-na keçən gecə dini aynində - Vəftiz mərasimində iştirak edib.

Modern.az-ın məlumatına görə, bu barədə Prezidentin mətbuat katibi Dmitri Peskov bildirib.

Qeyd edək ki, Vəftiz xristianlıqda ən müqəddəs ayinlərdən biri sayılır. Vəftiz tamamilə suya batırılma deməkdir .

Vladimir Putin Moskva vilayətindəki çimərlikdə buzlu su çuxuruna batmaqla dini ayini icra edib.
 

Yanvarın 19-da bütün dünyada pravoslav xristianlar əsas xristian bayramlarından birini – Vəftizi qeyd edirlər. Ənənəvi olaraq, yanvarın 19-na keçən gecə Vəftiz hamamında suya batma icra olunur.

Kreml ilk dəfə Putinin 2018-ci ildə buzlu su çuxura düşdüyünü bildirmişdi.

Peskovun sözlərinə görə, Prezident əvvəllər də bu ənənəyə əməl edib, lakin bunu ictimailəşdirməyib, sakit mühitdə həyatda keçirib.

Sizə yeni x var
Keçid et
Tehranda güclü partlayışlar: İrana hücum...