İranın xarici işlər naziri Hüseyin Əmir-Abdullahian pakistanlı həmkarı Cəlil Abbas Cilani ilə telefon danışığı aparıb.
Modern.az xəbər verir ki, bu barədə İRNA məlumat yayıb.
Abdullahian Pakistanın suverenliyi və ərazi bütövlüyünün İran üçün vacibliyini vurğulayıb.
O, Pakistan ərazisində terror düşərgələrinin zərərsizləşdirilməsi üçün iki ölkənin əməkdaşlığının zəruri olduğunu deyib.
Pakistanın XİN başçısı da öz növbəsində terrorla mübarizədə ümumi yanaşmanın iki ölkə arasındakı əməkdaşlığın əsasını təşkil etdiyini qeyd edib. O, Pakistanın həmişə İranla qardaşlıq və konstruktiv əlaqələrə önəm verdiyini vurğulayıb.