Modern.az

“Bakcell”dən daha bir yenilik - FOTOLAR

“Bakcell”dən daha bir yenilik - FOTOLAR

27 Sentyabr 2013, 16:16

Azərbaycanın ilk mobil operatoru  və aparıcı internet provayderi “Bakcell” şirkəti “Daha yaxın olaq” fəlsəfsinə sadiq qalaraq öz diler şəbəkəsini genişləndirməkdə davam edir. Modern.az-ın məlumatına görə, “Bakcell”in yeni dilerlərindən olan “WenttoTelecom” sayca üçüncq diller dükanını müştərilərin istifadəsinə verib.

Təqdim etdiyi yüksək səviyyəli xidmət və ən tələbkar müştərilərin maraqlarını qarşılama bacarığı ilə tanınan “We ntto Telecom” qısa müddət ərzində bazarda möhkəmlənərək öz diler mağazalar şəbəkəsini yaradıb.

Bu gün təqdimatı keçirilmiş Hüseyin Cavid prospekti B  556 -557 ünavanlarında yerləşən üçüncü mağaza Cin, Klass və Gold abunəçiləri üçün tam çeşiddə xidmətlər təqdim edəcək. Burada yeni telefon modelləri, aksessuarlar və digər yenliklər əldə etməklə yanaşı, müştərilər “touch screen” monitorunda istədikləri nömrələrin axtarışını verə biləcəklər. Beləliklə, rahatlıqla mövcüd nömrələri axtarmaq və qiymətini öyrənmək mümkün olacaq.

Gənc “Bakcell” abunəçilərini nəzərdən qaçırmayan diler mağazası onlar üçün xüsusi kampaniya keçirməyi planlaşdırır. Bu gündən başlayaraq tələbələr yalnız tələbə bileti və şəxsiyyət vəsiqəsilə ilkin ödənişsiz, uzunmüddətli kreditlə arzu etdikləri məhsulları əldə edə biləcəklər.

***

“Bu ilin əvvəlində “Bakcell” özünün yeni “klass tarif” paketini  abunəçilərə təhvil verdi. Onun üstün cəhətini abunəçilərimiz gördü. Sürət İnternet xidmətimiz isə inkişaf etməkdə davam edir və get-gedə internet paketinə qoşulan abunəçilərimizin sayı artır”. Bunu Modern.az-a “Baklcell” şirkətinin baş icraşı direktor Riçard Şires deyib. O, şirkətin trif planları haqda da danışıb. “Hazırda çox inkişaf etdirdiyimiz və çox genişləndirdiyimiz tarif “Doğma cin”dir. Onun çərçivəsində də yeni kanpaniyaya start vermişik. Bu kampaniya Azərbaycanın bütün regionlarını əhatə edir“.







Abbas Qəmli
 

Whatsapp
Bizə yazın!
Keçid et
Türkiyədə sığınacaqlar tikilir - Yeni müharibə başlayır?