Modern.az

Pakistanla İran barışır?

Pakistanla İran barışır?

Dünya

19 Yanvar 2024, 22:41

Pakistanın Milli Təhlükəsizlik Komitəsi İranla diplomatik münasibətləri tam bərpa etmək qərarına gəlib.

 

Modern.az xəbər verir ki, bu barədə "Reuters" agentliyi mənbəyə istinadən yazıb.

 

Məlumata görə, diplomatik münasibətlərin bərpası çərçivəsində səfirlər Reza Amiri Moghaddam və Muhammad Mudasir Tipu İslamabada və Tehrana qayıdacaqlar.

 

Qeyd edək ki, bir qədər əvvəl Pakistan və İranın xarici işlər nazirləri Cəlil Abbas Cilani və Hüseyn Əmir-Abdollahian telefonla danışıb, təhlükəsizlik tədbirlərini müzakirə ediblər.

 

Pakistan Xarici İşlər Nazirliyi bildirib ki, söhbət zamanı Cəlil Abbas Cilani və Hüseyn Əmir-Abdollahian terrorizmlə mübarizədə əməkdaşlığı gücləndirmək barədə razılığa gəliblər.

 

Qeyd edək ki, yanvarın 16-da İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) Pakistana raket zərbələri endirib. Pakistan Xarici İşlər Nazirliyi hadisəni beynəlxalq hüququn pozulması kimi qiymətləndirib və səfiri Tehrandan geri çağırıb.

 

Yanvarın 18-də Pakistan İranın Sistan və Bəlucistan əyalətində yerləşən Seravan rayonunda “terrorçuların sığınacaqlarına” raket və pilotsuz təyyarələrlə hücum edib. Nəticədə ən azı 9 nəfər ölüb.

Whatsapp
Bizə yazın!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə