Modern.az

Ermənistan və Azərbaycan qarşılıqlı təminat tələb edir - Paşinyan

Ermənistan və Azərbaycan qarşılıqlı təminat tələb edir - Paşinyan

Dünya

20 Yanvar 2024, 14:49

Ermənistan və Azərbaycan bir-birinə qarşı ərazi iddialarının olmamasına dair qarşılıqlı təminat tələb edir.

 

Modern.az xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan hakim “Vətəndaş müqaviləsi” partiyasının fəalları ilə görüşündə deyib.

 

"Biz Azərbaycandan, Azərbaycan isə bizdən əlavə qarşılıqlı təminat istəyir ki, bir-birimizə qarşı hər hansı gizli ərazi iddiası olmasın. Bu, işlək prosesdir və belə hesab edilməlidir", - o qeyd edib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə