Modern.az

Yeni virus Azərbaycanda 153 baş iribuynuzlu heyvanı məhv edib

Yeni virus Azərbaycanda 153 baş iribuynuzlu heyvanı məhv edib

27 Sentyabr 2013, 17:59

Aparılan müalicə tədbirləri sayəsində ölkədə saxlanılan iribuynuzlu heyvanlar arasında bunyavirus ailəsinə məxsus şamonda, akabena, aina viruslarının qarışığından yaranan şmallenberq virus xəstəliyinə yoluxmanın sayı günbəgün azalmaqdadır. Dövlət Baytarlıq Xidmətinin mətbuat mərkəzinin rəhbəri Yolçu Xanvəlinin Modern.az- verdiyi məluamta görə, hazırda 515 baş heyvanda simptomatik (kənd təsərrüfatı heyvanlarının infeksion xəstəlikləri zamanı orqanizminin müxtəlif funksiyalarının normallaşmasına yönəldilən müalicə) müalicə tədbirləri aparılır. Qeyd edək ki, bu virus xəstəliyinə görə müalicə edilən bütün heyvanlar həyat fəaliyyətlərini və məhsulvermə qabiliyyətlərini bərpa ediblər.

Xəstəliyin yayıma arealında və rayonların sayında da ciddi azalma müşahidə edilir. Belə ki, xəstəlik qeydə alınmış rayonların sayı 42-dən (xəstəlik Oğuz rayonunda da qeydə alınmışdır) 20-yə enib. Hazırda havaların nisbətən sərinləşməsi xəstəliyin azalmasına, virus daşıyan qansoran həşəratların aktivliyinin xeyli zəifləməsinə gətirib çıxarıb.

Qeyd edək ki, xəstəlik başlayandan indiyədək 153 baş iribuynuzlu heyvanın tələf olması qeydə alınıb. Bu isə ümumi müalicəyə cəlb edilmiş heyvanların 0.06 faizini təşkil edir. Bir daha xatırladırıq ki, tələf olma hadisələri bu xəstəlikdən yox, yanaşı gedən, o cümlədən qan-parazitar və digər xəstəliklərdən baş verib. Tələf olan heyvanlar baytar həkimlərinin nəzarəti altında üzərinə xlorlu əhəng səpilərək basdırılır və ərazi dezinfeksiya edilir.

Xəstəlik başlayandan indiyədək 209 baş iribuynuzlu heyvanda balasalma qeydə alınıb. Balasalma hadisəsi baş vermiş təsərrüfatlar da baytarlıq-sanitariya tədbirləri həyata keçirilib, ərazi dezinfeksiya olunub.

Dövlət Baytarlıq Xidməti duruma tam nəzarət edir, yeni yoluxan heyvanlarda müalicə, sağlam heyvanlarda çimizdirilmə, ərazidə isə dezinfeksiya tədbirləri aparır.

Gültəkin Ələsgər

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Paşinyan Qazaxa gəldi - Ermənilər üzərinə hücum çəkdi