Modern.az

Donetskə hücumda ölənlərin sayı 25-ə çatıb - YENİLƏNİB

Donetskə hücumda ölənlərin sayı 25-ə çatıb - YENİLƏNİB

Dünya

21 Yanvar 2024, 15:55

Ukrayna Silahlı Qüvvələri tərəfindən işğal altında olan Donetsk şəhərindəki “Merkuri” qapalı bazarının atəşə tutulması nəticəsində 25 nəfər ölüb.

 

Modern.az xəbər verir ki, bu barədə qondarma Donetsk Xalq Respublikasının başçısı Denis Puşılin deyib.

 

Onun sözlərinə görə, ən azı 20 nəfər yaralanıb, onlardan ikisinin vəziyyəti orta ağırdır: “Bütün yaralılara lazımi tibbi yardım göstərilir. Onların arasında ağır yaralılar da var, bir çoxunun həyati orqanları ciddi zədələnib”.

 

***

14:05

 

Donetskin Tekstilşçik mikrorayonunda bazarın Ukrayna Silahlı Qüvvələri tərəfindən atəşə tutulması nəticəsində azı 13 nəfər ölüb, daha 10 nəfər yaralanıb.

 

Modern.az xəbər verir ki, bu barədə Donetsk separatçılarının lideri Denis Puşilin Telegram kanalında bildirib.

 

"Donetsk Tekstilşik mikrorayonunda bazarın atəşə tutulması nəticəsində ilkin məlumatlara görə, azı 13 nəfər ölüb, 10 nəfər yaralanıb. Bazar ən çox izdihamlı olduğu bazar günü hücuma məruz qalıb", - Puşilin yazıb.

Sizə yeni x var
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə