Modern.az

Leyla Əliyeva uşaq evlərinə baş çəkib - FOTOLAR

Leyla Əliyeva uşaq evlərinə baş çəkib - FOTOLAR

27 Sentyabr 2013, 19:52
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva sentyabrın 27-də Bakının Nizami rayonundakı 1 nömrəli, Xətai rayonundakı 3 nömrəli və Suraxanı rayonunun “Yeni Günəşli” yaşayış massivindəki 2 nömrəli uşaq evlərinin sakinləri ilə görüşüb, onların yaşayış şəraiti ilə maraqlanıb.

Leyla Əliyeva əvvəlcə Bakının Nizami rayonundakı 1 nömrəli uşaq evinə gəlib. Fondun vitse-prezidenti kimsəsiz və valideyn himayəsindən məhrum olan uşaqlarla görüşüb, onların əl işlərindən ibarət sərgiyə baxıb.
Leyla Əliyevaya məlumat verilib ki, burada 60 uşağın cəlb olunduğu müxtəlif dərnəklər fəaliyyət göstərir. Artıq bir neçə ildir ki, müxtəlif ölkələrdə 1 nömrəli uşaq evinin balaca sakinlərinin əl işlərindən ibarət sərgilər təşkil olunur. Bununla yanaşı, uşaqlar Heydər Əliyev Fondunun həyata keçirdiyi layihələrdə də yaxından iştirak edirlər.
Sonda uşaqlara Heydər Əliyev Fondunun hədiyyələri təqdim olunub.
Leyla Əliyeva uşaqlarla xatirə şəkli çəkdirib.

Sonra Leyla Əliyeva paytaxtın Xətai rayonundakı 3 nömrəli uşaq evinə gəlib. Leyla Əliyevaya məlumat verilib ki, burada 3-16 yaş arasında 4 qrup üzrə kimsəsiz və valideyn himayəsindən məhrum olan 90 uşaq yaşayır. Heydər Əliyev Fondu yarandığı gündən digər uşaq evləri kimi, bu uşaq evini də daim diqqətdə saxlayır. Fondun dəstəyi ilə uşaq evinin sakinləri xaricdə keçirilən bir sıra müsabiqələrdə uğurla iştirak ediblər.
Leyla Əliyeva bu dəfə də uşaqları Heydər Əliyev Fondunun sovqatları ilə sevindirib.
Sonda xatirə şəkli çəkdirilib.

Heydər Əliyev Fondunun vitse-prezidenti Suraxanı rayonunun “Yeni Günəşli” yaşayış massivindəki 2 nömrəli uşaq evində də olub.
Leyla Əliyeva uşaq evinin sakinləri ilə görüşüb, onlarla söhbət etdi, yaşayış şəraiti ilə maraqlanıb.
Fondun vitse-prezidenti uşaqların rəqslərinə tamaşa edib.
Sonra uşaq evinin sakinlərinə Heydər Əliyev Fondunun hədiyyələri təqdim olunub.
Leyla Əliyeva uşaqlarla xatirə şəkli çəkdirib.


Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir