Modern.az

Fərəc Quliyevin seçki PLATFORMASI

Fərəc Quliyevin seçki PLATFORMASI

30 Sentyabr 2013, 09:34

PREZİDENTLİYƏ NAMİZƏDİN SEÇKİ PLATFORMASINDAN ÇIXARIŞLAR

PREZİDENTLİYƏ NAMİZƏD
QULİYEV FƏRƏC İBRAHİM OĞLUNUN TƏRCÜMEYİ HALI

1962-ci il dekabr ayının 22-də Ordubad rayonunun Üstüpü kəndində anadan olub. 1980-cı ildə orta məktəbi, 1986-cı ildə Azərbaycan Dövlət Tibb İnstitutunun müalicə-profilaktika fakultəsini bitirib.1989–1993-cü illərdə Azərbaycan Xalq Cəhbəsi Ordubad rayon şöbəsinin sədri, 1993-cü ildə isə Azərbaycan Xalq Cəhbəsi İcraiyyə komitəsinin sədri, Ə.Elçibəyin 1-ci müavini olmuşdur. 1990-ci ildə Azərbaycan Respublikası Ali Sovetinin deputatı seçilmiş, Demokratik Blokun üzvü olmuşdur. Parlamentdə “Müstəqillik aktı”nı hazırlayan müəlliflərdəndir.Siqnator deputatdır. Azərbaycanda ilk dəfə Ordubad rayonu ərazisində 5 sərhəd zastavasını rus ordusundan təhvil alıb milliləşdirilməsinin, bu ərazidəki bütün Sovet ordusuna məxsus əmlak, silah və texnikanın milliləşdirilməsinin həyata keçirilməsinə rəhbərlik etmişdir. 1990-cı il 20 Yanvar qırğınından sonra Bakıda rus işğalçılarına qeyri-leqal dirəniş üçün Güney Azərbaycandan olan hərakatçıların da iştirakı ilə yarım hərbi “Qisas” təşkilatı formalaşdırmışdır. 1989-cu ildə Sərhəd Hərəkatının ideoloq və təşkilatçılarından biri olmuşdur. Naxçıvanda ən yüksək zirvədə yerləşən “Soyuq” adlı Uzaq Şərqə nəzarət edən radiolokasiya sistemi qurulmuş hərbi hissəni 1991-ci il dekabrın 17-də rus-erməni hərbi birliklərindən 24 nəfərlə birlikdə ələ keçirmişdir. İndi orada Azərbaycan milli ordusunun hərbi hissəsi yerləşib. Bu əməliyyat itkisiz ötüşsə də 5 nəfər döyüşçümüzün ayaqlarını soyuq aparmış və müxtəlif hissələrdən amputasiya olunmuşdur. Bu əməliyyata görə prezident Ə.Elçibəy tərəfindən “milli qəhrəman” adına layiq görülsədə bu addan imtina etmişdir. Ordubadda Azərbaycan milli ordusunun təməli olan özünümüdafiə – könüllü batalyanların yaradılmasına rəhbərlik etmişdir. 1995-ci ildən 2002-ci ilə qədər siyasi məhbus kimi həbsdə olmuşdur. Məhbəsdən çıxdıqdan sonra Anqlosaks-Türk Assosasiyasını yaratmış, bu təşkilatın prezidenti seçilmişdir. 2002-ci ildə Hollandiyada Dünya Azərbaycanlıları Konqresinin idarə heyəti üzvü və sədr müavini seçilmiş, 2003-cü ildən DAK Azərbaycan nümayəndəliyinin rəhbəri olmuşdur. DAK Azərbaycan nümayəndəliyi rəhbərliyinin Dünya Azərbaycanlıları arasında yaratdığı dostluq körpüsünə görə “Qız Qalası” diplomu ilə təltif olunmuşdur. 2003-ci ildə Milli Dirçəliş Hərəkatı Partiyasını (MDHP) formalaşdırmış 07.05.2005-ci il tarixdə 1-ci qurultayda MDHP sədri seçilmişdir. 7 noyabr 2010-cu ildə IV çağırış Azərbaycan Respublikası Milli Məclisinə keçirilən seçkilərdə 31 saylı Suraxanı II seçki dairəsindən Millət Vəkili seçilmişdir. Milli Məclisin Təhlükəsizlik və Müdafiə Komitəsinin üzvüdür. Azərbaycan - Belçika, Azərbaycan - Rumıniya, Azərbaycan - Türkiyə, Azərbaycan - Qazaxistan, Azərbaycan - Gürcüstan, Azərbaycan - Latviya, Azərbaycan – Moldova Parlamentlərarası dostluq qruplarında təmsil olunur. “Avronest” Avropa Parlament Assambleyasında Azərbaycan Nümayəndə heyyətinin üzvüdür. “Yeni Dirçəliş” qəzetinin, “Davam” qəzetinin, “Davam.az” xəbər portalının təsisçisidir. Güney Azərbaycanda yayımlamaq üçün “qəzet içində qəzet” layihəsində “Təbriz” qəzetini təsis etmiş, “Yeni Dirçəliş” və “Davam”qəzetləri ilə birgə çapını reallaşdırmışdır. “Şito-Ryu Karate Do” federasiyasının fəxri prezidentidir.“Sportivnaya Rossiya” Beynəlxalq Döyüş Sənəti festivalında Azərbaycan yığma komandasına xüsusi dəstəyin təşkilinə görə beynəlxalq sertifikata və medala layiq görülüb. Əlavə hüquq təhsili almışdır. Elmi-nəzəri məqalələr və 5 kitab müəllifidir. Sambo üzrə idman ustasıdır. Ailəlidir. 3 övladı var.

F.Quliyevin siyasi fəaliyyətini davamlı olaraq //davam.az/ və //mdhp.az/ internet səhifələrində izləyə bilərsiniz.

PREZİDENTLİYƏ NAMİZƏD 
QULİYEV FƏRƏC İBRAHİM OĞLUNUN SƏDRİ OLDUĞU VƏ ONUN NAMİZƏDLİYİNİ İRƏLİ SÜRMÜŞ PARTİYA
MİLLİ DİRÇƏLİŞ HƏRƏKATI PARTİYASI

Milli Dirçəliş Hərəkatı Partiyası (MDHP) 2003-cü ildə formalaşdırılmış, 07.05.2005-ci il tarixdə 1-ci qurultayını keçirmiş, 2011-ci ildə Dövlət qeydiyyatına alınmışdır. MDHP Azərbaycanın varlığını inkişaf və təhlükəsizliyini milli gücün tam olmasında görür. Hesab edirik ki, bütövləşmə prosesi öncə toplum içində düşüncə bütövləşməsindən keçir. MDHP qütblük sistemindən bütövlük sisteminə keçərək düşüncəmizin bütöv cəmiyyətdə hakim olmasına çalışır. Bizim düşüncə sistemimiz Azərbaycan Mərkəzli Düşüncə Sistemidir. Türklük məhvəri ətrafında azərbaycanlılıq təəfəkkürü sistemin təməli sayılır. İstiqlal və bütövlüyü vazkeçilməz siyasi düşüncə və strateji olaraq görürük. Siyasi tələb, düşüncə və hərəkətin istiqamətləndirici və təyinedici faktorunun Azərbaycanın milli mənfəəti olmasını əsas götürürük. Azərbaycan Mərkəzli Düşüncə Sistemi azərbaycanlıların “qurtuluşum harada?” sualına cavab axtarışının məhsuludur. Bizim hədəfimiz millətin xoşbəxt, azad və rifahda yaşamasıdır. Hədəf millətin potensial imkanlarını üzə çıxarmaq üçün imkan əldə etməkdir. İlk növbədə sosial ədalətin gözlənilməsi, ölkənin bütün vətəndaşları üçün imkan bərabərliyi, milli gəlirin ədalətli bölünməsi, iş, təhsil, səhiyyə və s. kimi sosial, iqtisadi, mədəni imkanların yaradılması və rifaha qovuşması üçün demokratik sistemə zərbə vurmadan dövlətin sosial və iqtisadi həyatda nizamlayıcı rol oynamasını təmin etməkdir. Hərəkatın məqsədi:
1. Azərbaycanın dövlət müstəqilliyinin möhkəmləndirilməsi, Azərbaycanda vətəndaş cəmiyyəti quruculuğu prinsiplərinə əsaslanan milli, dünyəvi, sosial, demokratik, hüquq dövlətinin formalaşması
2. Azərbaycanın milli, mədəni, siyasi, iqtisadi, ictimai yüksəlişinə nail olması 
3. Azərbaycanın tarixi-coğrafi ərazisində bütövlüyünün təmin olunması, itirilmiş torpaqlarımızın geri qaytarılması, vətənindən deportasiya olunmuş xalqımızın reportasiyasına nail olunması
4. Qarabağ probleminin həll olunması və Azərbaycan üçün ədalətli status-kvo nun bərpası
5. Azərbaycanda demokratik dəyərlərin üstün vəziyyətə gətirilməsi
6. Vətəndən kənarda yaşayan soydaşlarımızın haqlarının müdafiəsi, qürbətdəki soydaşlarımızla vətənimiz arasında qarşılıqlı himayə mexanizmlərinin hazırlanması
7. Assimilyasiyaya uğramış milli dəyərlərin dirçəldilməsi və toplumun maarifləndirilməsi.
MDHP zorakılığı, terrorizmi məqsədəçatma üsulu kimi pisləyir və fəaliyyətində Azərbaycan Respublikası qanunvericiliyinə uyğun olaraq demokratik mübarizənin bütün formalarından istifadə etməyi məqbul sayır. MDHP seçkili dövlət orqanlarına seçilmiş nümayəndələri vasitəsilə öz Məramnamə məqsədlərini həyata keçirməyə çalışır.
Problemləri həll etmək üçün MDHP Azərbaycanda mövcud olan ictimai, siyasi təşkilatlardan tam fərqli bir idarəetmə sisteminə malikdir. MDHP rayon təşkilatlarından əlavə, departamentlik institutu ilə qurulub. 
-Güney Azərbaycan Departamenti 
-Qarabağ Departamenti
-Bakı və Ətraf Kəndlər Departamenti 
-Dərbənd Departamenti
-Diaspora və Türk Dünyası Departamenti
-Borçalı Departamenti
-Qərbi Azərbaycan Departamenti
Hər bir departament müvafiq problemlərlə məşğuldur və bu problemlərin yaranma səbəblərini, bugünkü vəziyyətini araşdırır, aradan qaldırılması istiqamətində sistemli çalışır. Son hədəf Azərbaycan dövləti üçün ədalətli Status-kvonun bərpa olunmasıdır. Azərbaycan üçün ədalətli Status-kvo tarixi-coğrafi ərazisində Bütöv Azərbaycan dövlətidir.

PREZİDENTLİYƏ NAMİZƏD
QULİYEV FƏRƏC İBRAHİM OĞLUNUN
SEÇKİ PLATFORMASI.


ƏZİZ SEÇİCİM, dəyişən regional və qlobal gerçəklər qarşısında, Azərbaycanda siyasi prioritetlər yenidən təyin edilməlidir. Qlobal planda söz sahibi ola biləcək, üstün xüsusiyyətli insan gücünü meydana gətirmək üçün Milli Dirçəliş Hərəkatı Partiyasının hazırladığı “Dirçəliş” layihəsini geniş əhatəli mütəxəssislər qrupunun koordinasiyası ilə gerçəkləşdirəcəyik. 
Bu proqramın məqsədi: 
cəmiyyət olaraq vəzifələrimizin və gücümüzün müəyyən olunması, milli hədəfin təyin olunması, strateji bir hərəkət planının hazırlanmasıdır. Söykənc yerimiz iç güclərimizdir!
Prezidentliyim dönəmində, Sizə güvənərək, bu proqramın arxasında güclü bir siyasi iradə ilə duracağam. Proqramın əsas tezislərini nəzərinizə çatdırıram. 


DÜNYA AİLƏSİNDƏ YERİMİZ 

Dünya XXI əsrin əvvəlində keçmiş dövrlərdən fərqli bir dəyişmə keçir.

Millətlər arasında iqtisadi, mədəni və sosial münasibətlər inkişaf etdikcə, bu münasibətlərə zəmin yaradan tənzimləmələr, insanlıq üçün ortaq bir hüquq anlayışının olmasına yol açır. 

Fərqli ölkələrdəki xalqların yaşam dəyərini ölçməyə yönəlmiş beynəlxalq standart və normalar yaranmaqdadır. Cəmiyyətin rifah, qalibiyyyət və xoşbəxtlik səviyyəsi ilə dövlətlərin beynəlxalq arenadakı fəaliyyət və möhtərəmlikləri, bu kriteriyalara görə təyin edilir. Dövlətin fəaliyyət sahəsi davamlı olaraq kiçilərkən, özəl sektorun və sivil toplum təşkilatlarının fəaliyyəti artmaqdadır.

Bu inkişaf prosesində, özünü dünyadan təcrid edən bir milli sistemin uzun zaman ayaqda durması mümkün deyil. Artıq, belə bir sistem cəmiyyətin tələblərinə cavab verə bilməyəcəyi kimi, beynəlxalq ictimaiyyətin hörmətli bir üzvü də olmaz.

Təəssüf ki, Vətənimiz yetərincə demokratikləşməyən, əsas hüquq və azadlıqları tam olaraq istifadə olunmayan ölkələr sırasındadır. Gənc və dinamik əhalisinə, zəngin təbii qaynaqlarının olmasına baxmayaraq, rifah səviyyəsini yüksəldə bilməməyin, dünya bazarlarında rəqabət edəcək istehsal tutumuna çata bilməməyin başlıca səbəblərindən biri də bu amildir.

Bu gün Azərbaycanda tətbiq olunan səhv siyasətə görə, dövlətin iqtisadiyyatdakı rolu azaldıla bilməmiş, sərvətin cəmiyyət seqmentləri arasında paylanmasında ədalət təmin edilməmişdir. Dövlət qollarında korrupsiya baxımından isə ölkəmiz ön sıralarda yer almaqdadır. 

Yaxşı yetişmiş intilektli insanlarımız arasında belə, işsizlik yüksək həddə çatmışdır və bacarıqlı gənclər, gələcəklərini xaricdə axtarmaqda görürlər. Azərbaycandan beyin axınının səbəbini aradan qaldırmaq üçün ziyalı potensiyalının hüquqlarının qorunması və ziyalı axını zamanı xaricdə toplaşmış intellekt potensialımızın kadr bangının hazırlanması və onların vətənə qayıtması proqramını həyata keçirəcəyik.

Mən, ölkəmizin gənc və dinamik nüfuzu, bənzərsiz coğrafi mövqeyi, zəngin təbii qaynaqları və mədəniyyət təcrübəsi ilə yeni dünyanın təsirli bir üzvü olma potensialına sahib olduğunu düşünür və bütün bu olub bitənlərə layiq olmadığımıza inanıram.
Ölkəni düz istiqamətə çaxaracaq bir siyasi iradəyə ehtiyac var. Milli Dirçəliş Hərəkatı Partiyası bu iradəni təmsil edir. Biz Dirçələcəyik!

Partiyamız, dürüst, cəsur, gənc, dinamik, bilgili və təmiz heyətlə, siyasəti yenidən millətə göstərmək üçün əhatəli bir proqramla ümid və güvən dolu bir gələcəyi yenidən təsis etmək üzrə, Milli Dirçəliş Naminə yola çıxmışdır. Biz Gələcəyik! -sözün hər mənasında.

 GÜVƏNLİ SİYASƏT

Dövlət halında yaşamanın zəruri gərəyi olaraq siyasət, cəmiyyətin ümumi ehtiyaclarını qarşılayaraq, müzakirə edərək və uzlaşaraq həll etmənin universal yoludur. Cəmiyyəti aktiv olaraq dövrəyə salan demokratik siyasət isə, uzun müddətli düşünməni, dövlət çıxarlarını fərdi çıxarlar üzərində tutmağı zəruri edən bir fəaliyyətdir. 

Ölkəmizdə, bəzi siyasətçilərin qısa hədəfli çıxarlara istiqamətlənmələri səbəbindən, xalqın siyasət qurumuna və siyasətçilərə güvəni sarsılmışdır. Halbuki, demokratik bir cəmiyyətdə, xalqın rifah və xoşbəxtliyini təmin etmənin qanuni yolu olan siyasət, üstün bir dəyərdir. Mənim və Partiyamın təmin edəcəyi siyasətlə həm ölkəmizin köklü problemlərinə çözüm tapılacaq, həm də xalqın siyasət qurumuna qarşı sarsılan güvəni yenidən qazanılacaqdır. 
Davamlılıq içində dəyişmə axtaran, birlikdəlik içində fərqlilikləri qoruyan, cəmiyyətin dinamizminə güvənən, dünyadakı inkişaf və yeniliklərə açıq bir siyasət anlayışını hakim etməyi məqsəd qoyan Milli Dirçəliş Hərəkatı Partiyası, demokrat, yenilikçi və çağdaş bir partiyadır.Mən Partiyamın siyasətini-zehniyyətini hakimiyyətə gətirməkdə israrlıyam. 

Partiyamız, partiya çıxarlarını ölkə çıxarlarının üstündə tutan bir “neqativ siyasət” deyil, ölkə çıxarlarını partiya çıxarlarından öndə tutan bir “pozitiv siyasət” aparır. Prezidentliyim dönəmində bu siyasətin fəsəfəsinə uygun olaraq, ictimai barışı təmin edəcək və xalqımızın rifahını artıracağam. 

 Milli Dirçəliş Hərəkatı Partiyası DEMOKRATDIR

Partiyamız, idarə və siyasət səlahiyyətinin cəmiyyətə aid bir haqq olduğuna inanır. Xalq bu səlahiyyətini azad və sərbəst seçimlərdə idarəçilərə dövr edir. Bu səbəblə, demokratiyanı əleyhdar olan rejimlərdən ayıran ən təməl özəllik iqtidarın seçimlə təyin olunmasıdır.
İdarəetməyə iddialı olan fərqli siyasi baxışların bərabər şərtlərlə yarışmasına icazə verilməlidir. Mərkəzi və yerli qurumlarda idarə orqanlarının seçimlə formalaşması, azadlığın ölçüsünü, xalqın iştirakını artırar və demokratiya güclənər.

Fərqli inanc və mədəniyyətləri ölkəmiz üçün bir zənginlik qəbul edən Milli Dirçəliş Hərəkatı Partiyası, dəyişik dil, din, soy və ictimai statuslu, bütün ölkə vətəndaşlarının qanunlar çərçivəsində sərbəst yaşamasını və siyasətə qatılmasını gərəkli görür.

Siyasi ölçünü təşkil edən qanunlar keçərlidir və dəyişdirilənə qədər hər kəsə aiddir.Hər kəsin qanun qarşısında bərabərliyi kağız üzərində deyil, həyatda təmin ediləcəkdir.

Biz Partiyaları demokratik həyatın vazkeçilməz ünsürləri olaraq qəbul edirik.Bütün partiyalara fəaliyyət üçün bərabər şərait yaradılacaqdır.

Mühafizəkar-demokrat siyasət fəlsəfəsinin gərəyi olaraq partiyamız, layihə və təkliflərini toplumla paylaşır, topluma söykənir, toplumun dərdi ilə dərdlənir, problemlərimizin birlikdə daha asan çözülməsinə inanır.

 Milli Dirçəliş Hərəkatı Partiyası MÜHAFİZƏKARDIR

Millətimizin tarixi təcrübəsini gələcəyimiz üçün sağlam bir zəmin olaraq görən Milli Dirçəliş Hərəkatı Partiyası, mühafizəkardır. Azərbaycan xalqı çox millətli toplum olaraq, bu coğrafiyada ortaq bir qədəri paylaşan, acılı-şirinli xatirələrin birləşdirdiyi böyük bir ailədir. Bu ailənin kimliyini meydana gətirən dəyərlərin, çağdaş inkişafın işığında yenidən bərpa olunaraq davam etməsinə imkan yaranacaq.

Partiyamız, Azərbaycanın dəyərlərini qorumaq adına, çağdaş dünyaya arxa çevirməsinə qarşıdır. Buna qarşılıq Azərbaycanın qlobal dünyaya açılması mövzusunda qərarlı bir iradə ortaya qoyarkən , milli dəyərlərimizin təxrib edilməsini də uyğun görmür.

Siyasətimizdə “əxlaq” ən önəmli dəyərdir.
Dövlət və toplum həyatını aşındıran rüşvət, korrupsiya, üsulsuzluq kimi korlanmaların yayılması, siyasətin qurum olaraq etibarını itirməsinə və xalqın siyasət qurumuna olan güvəninin sarsılmasına səbəb olmuşdur.

Siyasətdə dəyərə önəm verən Milli Dirçəliş Hərəkatı Partiyası, siyasəti əxlaqi bir çizgiyə yerləşdirəcəkdir. Beləcə, cəmiyyətdə siyasət qurumuna və demokratik yöntəmlərə qarşı yaradılan şübhələrin aradan götürülməsi də mümkün olacaqdır.

 Milli Dirçəliş Hərəkatı Partiyası
YENİLİKÇİ VƏ ÇAĞDAŞDIR


Müasirləşmə zamanında Azərbaycanın çağdaşlaşması, ənənəvi mədəniyyət və dəyərlərin tərk edilməsi şəklində anlaşılmışdır. Halbuki, çağdaşlaşma, toplumun öz dinamikləriylə özünü yeniləməsi və dəyişən ehtiyaclarını qarşılaya bilməsidir.Prezident fəaliyyətimdə ölkəmizin güclü ölkələr arasında haqqı olan yeri almasını təmin edəcək olan çağdaşlaşmanı, cəsur siyasi və iqtisadi qərarlarla toplumun önündəki əngəllərin qaldırılmasını təmin edəcəyəm. 

Düşüncə və ifadə azadlığının tam olaraq təmin olunması, təşəbbüs azadlığını məhdudlaşdıran əngəllərin qaldırılması, idarəetmənin şəffaf hala gətirilməsi, yerli idarələrin gücləndirilməsi yönündə atılacaq cəsur addımlarla, toplumun öz gücüylə çağdaşlaşmasının qarşısını açacaqdır.

 TƏMƏL HAQQ VƏ AZADLIQLAR

İnsanlar doğuşdan, ayrılmaz və vazkeçilməz təməl haqq və hürriyətlərə sahibdir. İnsanlığın ortaq dəyəri olan təməl haqq və azadlıqlar, dövlət idarəsi altında şərəfli bir həyat sürdürmənin ön şərtidir.

“Xalqı yaşat ki dövlət yaşasın” düşüncəsindən hərəkət edən Milli Dirçəliş Hərəkatı Partiyası bütün siyasətinin mərkəzinə insanı qoymuşdur. Demokratiyanın son məqsədi, başda düşüncə, inanc, təhsil, təşkilatlanma və təşəbbüs azadlığı olmaqla, bütün siyasi və sivil azadlıqları nəzərə almaq və insanların qorxu və narahatlıqdan uzaq olaraq yaşamaqlarını təmin etməkdir.
Bir ölkənin sadəcə öz şərtlərini diqqətə alaraq tənzimləmə edə bilməyəcəyi sahələrin başında, təməl haqq və azadlıqlar durur. 

BİZ:
Təməl haqq və azadlıqları ölkəmizin tərəf olduğu beynəlxalq sözləşmələrdə, özəlliklə Kopenhag kriteriyalarında ifadə edilən səviyyəyə yüksəltmək üçün konstitusiya və qanunlarda gərəkli dəyişikliyi edəcəyik.

Təməl haqq və azadlıqların, sadəcə konstitusiya və qanunla zəmanətə alınmasına qane olmayıb, həqiqətən tətbiq olması və siyasi mədəniyyətimizin bir ölçüsü olaraq güclənməsi yönündə səy göstərəcəyik. 

Demokratiyamızı Beynəlxalq səviyyəyə daşıyacaq “insan haqlarına dayanan” dövlət anlayışının olmasıyla cəmiyyətdəki çəkişmələr sona çatacaq.

Təməl haqq və azadlıqlar mövzusunda toplumun dəyişik kəsimlərinin problemlərinə və tələblərinə qarşı həssas olacaq, bu sahədə ikili standartlara, sonsuz çəkişmələrə və siyasi istismarlara icazə vermiyəcəyik. 

Təməl haqq və azadlıqlar sahəsindəki əksikliklərin aradan qaldırılması üçün digər siyasi partiyalar və sivil toplum təşkilatları arasında razılaşma və işbirliyi imkanlarını axtaracağıq. 

Yaşama və mülkiyyət haqqına, düşüncə, ifadə, inanc, təşəbbüs və təşkilatlanma azadlığına sərhəd qoyan hökmlər, Beynəlxalq hüquq və azadlıq anlayışı diqqətə alınaraq tətbiq ediləcək.

 DEMOKRATİYA VƏ SİVİL CƏMİYYƏT

Prezidentliyə namizəd olaraq mən və rəhbəri olduğum Milli Dirçəliş Hərəkatı Partiyası(MDHP), insan haqlarına dayanan və normal işləyən demokratik bir idarəetmənin həyata keçirilməsi üçün sivil cəmiyyətin güclənməsini gərəkli görürük.

 SİVİL CƏMİYYƏTİN GÜCLƏNMƏSİ

Prezidentliyik fəaliyyətimdə, fərqli baxış və kəsimləri təmsil edən sivil toplum təşkilatlarına bərabər məsafədə yanaşacaq, sivil toplum təşkilatları arasında dialoqu və işbirliyini dəstəkləyəcək,idarəetmədə iştirakı əngəlləyən qanun və inzibati faktorların qaldırılaraq, dövlət rəhbərliyində sivil toplumun daha aktiv iştirakını təmin edəcəyəm. 

Sivil cəmiyyət quruluşlarının rəhbərliyinin daha aktiv iştirakı ilə təmsilçi demokratiyanın iştirakçı demokratiyaya doğru inkişafı təmin olunacaqdır. Beləcə vətəndaş, sadəcə seçimdən seçimə deyil, aktual inkişaflar üçün də iradəsini siyasi müddətdə əks etdirmə fürsəti qazanacaq. 

Rəhbərliyin demokratikləşməsi, toplumun olduğu qədər, dövlətində lehinədir. Dövlət demokratikləşdikcə xalqını idarəetmə qüvvəsidə də güclənir və beynəlxalq sahədə möhtərəmlik qazanır. Gücünü xalqdan və sivil toplum təşkilatlarından alan rəhbərlərin, bölgələrdə və dünyada təsirləri və gücləri artar.Söykənc yerimiz iç güclərimizdir!

 İDARƏETMƏNİN YENİDƏN QURULMASI

Mən və rəhbərlik etdiyim Milli Dirçəliş Hərəkatı Partiyası:

XXI əsrin demokratik dövlətlərdə rəhbərlərin hesab vermə məsuliyyəti və şəffaflığı təməl ünsürlər olaraq önə çıxdığını nəzərə alır ,hökumətin və dövlət rəhbərlərinin hesab vermə məsuliyyətini zəruri hesab edirik.

Prezidentliyim dönəmində korrupsiyaya imkan verməyən şəffaf dövlət anlayışı prioritetə çevriləcəkdir. 

Mən və rəhbəri olduğum Milli Dirçəliş Hərəkatı Partiyası(MDHP), bu yeni müddətdə dövlətin, birbaşa müdaxilə və istehsal etməsindən çox, siyasəti qurmaq, qaynaq yaratmaq, standart qoyma və yoxlama etməsindən tərəfik.Bizə görə Dövlətin rolu:

Ədaləti təsis etmək,
Daxili və xarici təhlükəsizliyi təmin etmək ,
Makro iqtisadi tarazlıqları və sabitliyi təmin etmək,
Makro səviyyədə planlama etmək,
İctimai və regional ziddiyətləri aradan qaldırmağa yönəlik tədbirləri almaq,
Təhsil və sağlamlıqla əlaqəli təməl xidmətləri icra etmək,
Qoyduğu standartlara görə yoxlama etməkdir.

 DÖVLƏTDƏ ŞƏFFAF İDARƏ

Demokratik bir dövlət anlayışı ilə rəqabətçi bir bazar arasında tamamlama münasibəti mövcuddur.Amma Azərbaycanın mövcud idarə quruluşu, qlobal şərtlərin və cəmiyyətin inkişaf iradəsinin arxasında qalmışdır.
Xalqımızın təməl ehtiyaclarını qarşılamaqda zorlanan mövcud dövlət quruluşumuz:
Mərkəziyyətçi və qatı iyerarxik quruluşdadır,
İctimai yoxlama və iştiraka qapalıdır;
Şişirdilmiş və səmərəsizdir;
Sürətlə böyüməkdədir;
Korrupsiyaya açıqdır və siyasəti korlamaqdadır.

Prezidentliyim dönəmində bu yenilikləri tətbiq etməkdə qərarlıyam:

1. Mərkəziyətçi və qatı iyerarxik quruluşların aşılması üçün:
Milli prioritetlər ilə yerli fərqlilikləri birləşdirən dövlət xidmətlərinin göstərilməsi təməl prinsip olacaq, dövlət tərəfindən aparılması zəruri olmayan xidmətlər, qaynaqları ilə birlikdə yerli idarələrə veriləcək.

Yerli səviyyədə demokratikləşməyə önəm veriləcək, seçimlərlə olan yerli orqanlar üzərindəki mərkəzi idarənin nəzarəti, hüquqa uyğun nəzarət ilə məhdudlaşacaq.

Mərkəzi idarəetmədə gərəksiz quruluşlar çıxacaq, bənzər funksiyanı görən quruluşlar birləşdiriləcək və əməliyyatlar sadələşdiriləcəkdir.

2. İctimai nəzarət və iştirakın artırılması üçün:

Məlumat əldə etmək haqqı cəmiyyətin bütün kəsimlərinə yayılacaq və bunu təmin etmək üçün “Vətəndaşın məlumat alma haqqı qanunu” çıxarılacaq.

Yeni məlumat və ünsiyyət texnologiyalarından yararlanaraq, ictimai quruluşların xidmət və əməliyyatları xalqa çatdırılaraq, idarəetmədə şəffaflıq təmin olunacaq.
Dövlət idarəetməsində “bəyana güvən qanunu” tətbiq edib,əsas götürülərək, əksi isbat olunana qədər vətəndaşın bəyanı doğru qəbul ediləcəkdir. 
3.Siyasi iqtidar dəyişikliyi zamanı, üst heyətin xaricində aşağı bürokratik tərkib dəyişikliyi ən aza endirilərək idarəetmədə sabitlik və davamlılıq təmin olunacaq.Bürokratik aparatda insanlar deyil,idarəetmə prinsipləri dəyişdirilməlidir.Heç bir partiyanın on minlərlə peşakar kadrı yoxdur ki,hamını dəyişsin.Sadəcə olaraq idarəetmədə depolitizasiya –siyasətsizləşdirmə aparılmalıdır.

Dövlət, regional və yerli səviyyədə özəl sahənin və sivil toplum təşkilatlarının dövlət idarəçiləri və siyasi səlahiyyətliləri ilə bir araya gələcəyi “İqtisadi və sosial şura” bənzəri quruluşlar yaradılacaq.

 AZƏRBAYCANI DƏYİŞMƏ LAYİHƏSİ

Prezidentliyim dönəmində

Qlobal planda söz sahibi ola biləcək, üstün xüsusiyyətli insan gücü meydana gətiriləcək.

Dəyişmə bu məqsədə doğru yönəlmiş olacaq -cəmiyyət olaraq vəzifələrimiz və gücümüz müəyyən olunacaq, milli hədəf təyin olunacaq, strateji bir hərəkət planı hazırlanacaq.
Bu Dirçəliş layihəsi geniş əhatəli mütəxəssislər qrupunun koordinasiyası ilə gerçəkləşəcək.

 MƏRKƏZİ İDARƏETMƏ İSLAHATI

Mərkəzi idarəetmə mümkün olduğu qədər az sayda nazirlik və az sayda personal ilə dinamik bir quruluşa birləşdirilərək, yerli idarəetmələr gücləndirilməlidir.
Milli Dirçəliş Hərəkatı Partiyasına görə,sss ölkəmiz bu islahatdan kənarda qala bilməz:

Mərkəzi idarə islahatına baş nazirlikdən və nazirliklərdən başlanacaq. 

 YERLİ İDARƏETMƏLƏRİN GÜCLƏNDİRİLMƏSİ

Demokratiya sadəcə seçmə və seçilmə rejimi deyil, eyni zamanda iştirak və işbirliyi rejimidir.

Prezidentliyim dönəmində mərkəzi idarə ilə məhəlli idarələr arasında xidmət və qaynaq tarazlığını quracaq, aralarında koordinasiyanı tam olaraq təmin edəcəyəm.

Mərkəzi idarə ilə yerli idarələr arasında vəzifə, səlahiyyət, məhsuldarlıq baxımından yeni bir tənzimləmə qurulacaq.
Yerli idarəetmələr vəzifələrini yerinə yetirə bilmələri üçün gərəkli xərcləmələri qarşılayacaq səviyyədə maliyyə gücünə çatdırılacaq.
Bələdiyyələrin gücləndirilməsi yerli özünüidarənın nüfuzunun artmasına və yeri əhalinin hüququnun etibarlı qorunmasına xidmət edir. Bələdiyyələrlə işin dogru qurulması həm də əyalət siyasətinin, qeyri-neft sektorunun inkişafı deməkdir. Məsələyə bir tam kimi baxilsa, bələdiyyələrə ayrılan vəsait investisiya xarakterli olar. Ölkəmiz bir ildə ölkəyə daxil olan 8 milyard manatlıq qeyri-neft sektoruna aid idxal məhsulunun demək olar ki, hamısını istehsal edə bilər. Bələdiyyələrə normal miqdarda dövlət vəsaitinin ayrılması bu qurumu fəalittətsizlikdən də qurtarar, bələdiyyə üzvlərinin seçicilər qarşısında hesabat verə bilməsinə, qanunsuzluqların aradan qalxmasına səbəb olar. Bələdiyyələrin dirçəldilməsi üçün,yerli icra strukturlarının səlahiyyətlərinin azaldılması hesabına bələdiyyələrin səlahiyyətlərinin artırılmasını özündə ehtiva edən, Milli Məclisə təqdim etdiyimiz tövsiyə paketimizi həyata keçirəcəyik.Bu idarəetmədə paralelliyin aradan qaldırılması,büdcəyə qənaət,vətəndaşların dövlət idarəçiliyində daha yaxından iştirakına səbəb olacaq.

 HÜQUQ VƏ ƏDALƏT ANLAYIŞIMIZ

Demokratik ölkələrdə, hüququn Beynəlxalq prinsiplərinə hörmət, haqq arama yollarının açıq olması, qanun önündə bərabərlik, fərdi haqq və azadlıqların qorunması, idarənin hüquqa bağlılığının təmin edilməsi təməl dəyərlərdir.

Mən və rəhbərlik etdiyim Partiya, hüququ, qorxutmanın və cəzalandırmanın deyil, ədaləti təmin etmənin vasitəsi olaraq görürük.

Qadağanedici hökmlər səbəbindən, ölkəmiz hüquq dövlətindən çox qanun dövləti görüntüsü verir. Prezidentliyim dönəmində Azərbaycan, qanunlarını hüquqa, hüququn Beynəlxalq ədalət və insan haqları əsasına dayanaraq və təməl haqq və azadlıqların istifadəsini məhdudlaşdıran qadağanedici hüquq sistemini dəyişdirərək, gerçək anlamda hüquq dövləti olacaq, beynəlxalq ictimaiyyətdə hörmətli bir yer qazanacaqdır. 
Məqsədimiz cəmiyyətimizi cinayətin azaldığı , qorxunun olmadığı bir barış toplumu halına gətirməkdir.

Prezident kimi, hüququn üstünlüyünə söykənən idarəetmə anlayışının təminatı olacağam. 
“Ədalət mülkün təməlidir” aforizmində ifadə edildiyi kimi cəmiyyətdə barışın, dincliyin və rifahın təmin edilməsi üçün əvvəla ədalətin təsis edilməsi gərəkdir. 
Demokratik bir hüquq dövləti anlıyışını həyata keçirə bilməyən və ədalətə güvəni təsis edə bilməyən ölkələrin iqtisadi tərəfdən inkişafı da mümkün deyildir. 

 MÜSTƏQİL VƏ TƏRƏFSİZ MƏHKƏMƏ

Məhkəmə gücünü istifadə edənlərin vəzifələrini qanunların imkan verdiyi istiqamətdə tərəfsiz olaraq istifadə etmələri insan haqq və azadlıqlarının ən önəmli təminatıdır. Ölkəmizdə məhkəməyə çeşidli şəkillərdə müdaxilələrin olduğu, hakimlərin tərəfsiz olaraq qərar vermələrinin əngəlləndiyi, xalq tərəfindən davamlı olaraq dilə gətirilir.
Ölkəmizdə, ədalət xidmətlərinin axsamasının səbəblərindən biri də, məhkəmə qanunvericiliyinin çağdaş inkişafa uyğun olaraq yenilənməməsindədir. 

Prezidentliyim dönəmində, məhkəmə səlahiyyətini istifadə edən insan və qurumların müstəqil və tərəfsiz qərar vermələrini təmin edəcək bir məhkəmə islahatını gerçəkləşdirmək üçün:

Konstitusiya və qanunlardakı məhkəmə müstəqilliyi və hakimlik təminatı ilə uyğun gəlməyən müddəalar yenidən düzənlənəcək, hakimlərin tərəfsizliyini və hüququn siyasiləşməsini əngəlləyən tədbirlər alınacaqdır. 

Məhkəmə orqanlarının özbaşınalığı və ya müvafiq orqanların hərəkətsizliyi nəticəsində hüququ pozulmuş şəxslərin bəraət və təzminat çərçivəsi və səhv hərəkətlilik, yaxud hərəkətsizlik nəticəsində hüquq pozuntusu yaradanın cəzalandırılması çərçivəsi hazırlanacaqdır. Məhkəmələr tərəfindən günahsız adamların cəzalandırılması aydınlaşdırılarkən , bu hakimlər cəzalandırılacaqdır .

Məhkəmə xətalarına görə zərər çəkmiş olanların zərərlərinin təzminatı üçün büdcədən qaynaq ayrılacaqdır. 

 TAM VƏ ZAMANINDA ƏDALƏT

Bugün ölkəmizdə ədalət sistemi normal işləmir və bu durum ədalətə güvən duyğusunu zəiflədir. İnsanlar, ümidsiz bir şəkildə haqq axtarmaqdan imtina edərək haqsızlığa boyun əyir. 
Bizə görə- gecikən ədalət ədalətsizlikdir. Məhkəmə sistemindəki bu catışmazlıqların aradan qaldırılması üçün: 

Məhkəmədə müdafiəni təmsil edən vəkilin statusu, iddia məqamını təmsil edən prokurorun statusu ilə eyniləşəcəkdir.
Maddi imkansızlıqları səbəbindən haqqını müdafiə azadlığından yararlanmayanlar üçün nəzərdə tutulan “hüquqi yardım” müəssisəsinə əlavə imkanlar yaradılacaqdır. 
Cəza çəkmə müəssisələrində insanları cəzalandırmaqdan daha çox tərbiyə etmək və millətin faydalı üzvünə çevirmək mexanizmini özundə ehtiva edən məhbəs daxili və həbsdən sonrakı reablitasia proqramı hazırlanmasını təmin edəcəyik.

Qəbahətlər “cinayət əməli” çərçivəsindən çıxarılaraq “ön ödəmə” proseduru ilə əvəzlənəcəkdir.

 İQTİSADİ SİYASƏT

Təməl yanaşmalar

Mən və rəhbəri olduğum Milli Dirçəliş Hərəkatı Partiyası(MDHP), iqtisadi fəaliyyətlərin məqsədinin insanların yaşam keyfiyyətini yüksəltmək olduğuna inanırıq.
Sərbəst bazar sistemi içində işləyən demokratik, hüququn üstünlüyü və şəffaflığın hakim olduğu iqtisadiyyatlarda daha sağlam bir inkişafın təmin edilməsi mümkündür.

Ölkədə ÜDM-in istehsalı üzrə artımın təmin edilməsi, qeyri-neft sektorunun ÜDM-də çəkisinin artırılması;
milli iqtisadiyyatın rəqabət qabiliyyətinin yüksəldilməsi;
qeyri-neft sektorunun, aqrar sektorun intensiv inkişafına nail olunması;
investisiya mühütünün yaxşılaşdırılması hesabına iqtisadiyyata yönəldilən investisiyanın regional və sahə strukturunun təkmilləşdirilməsi;
regionların sosial-iqtisadi inkişafında tarazlığın yaradılması;
sahibkarlığın inkişafına dövlət dəstəyinin artırılması;
yeni iş yerlərinin yaradılması, yoxsuluğun səviyyəsinin azalılması;
əhalinin aztəminatlı təbəqəsinin sosial müdafəsinin, pensiya təminatının gücləndirilməsi;
ölkənin müdafiə potensialının artırılması;
ərzaq təhlükəsizliyinin təmin olunması; 
maliyyə təminatının ilk növbədə strateji hədəflərin əldə olunmsına yönəldilməsi;
ixrac-idxal əməliyyatları üzrə müsbət saldonu qeri-neft məhsuları hesabına əldə olunması;
büdcə vəsaitlərinin məqsədyönlü,qanunverciliyə uyğun,səmərəli və şəffaf,hesabatlılığa söykənən prinsiplərlə bölüşdürülməsini təmin etmək də əsas məqsədlərimizdəndir.

Millətimizin təşəbbüs gücü, iqtisadi inkişafın ən önəmli qaynağıdır. Dövlətin iqtisadiyyatdakı təməl rolu bazarlarda sərbəst rəqabət şərtlərini təmin etmək və təşəbbüs gücünün önündəki əngəlləri qaldırmaqdır. 

Bizim ən önəmli hədəfimiz dövlətə olan güvəni yenidən bərpa etməkdir. Dövlət edə biləcəyi tənzimləmə və yoxlamalarla sərbəst bazar sisteminin işləməsindəki kəsirləri həll edərək, istehsalı artırmalı,sistemin pisə doğru istifadəsini əngəlləməlidir.

Prezident kimi sərmayə hərəkətləri mövzusunda təməl yanaşmamız qadağanedici və müddəti tərsinə çevirmə yönündə olmayıb, bazar mexanizmi içində mənfi təsirləri ən aza endirmək şəklində olacaqdır.

Ölkəmizin beynəlxalq rəqabət gücünü artıracaq tədbirləri olacaq. Ayrıca TAB (Transkontinental “Turan” Avrasiya Bloku) və AB(Avropa Birliyi) kimi güclü regional inteqrasiyanın içində yer alaraq, qloballaşmanın verdiyi fürsətləri, xalqımızın rifahını artırmaq istiqamətində istifadə edəcəyik.(Bu haqda “Yeni Dünya Düzəni siyasətində Azərbaycanın yeri və rolu”kitabimda ətraflı yazmışam-F.Quliyev)

Tarixi, coğrafi və iqtisadi bağlarımızdan qaynaqlanan regional inteqrasiyalar ilə yanaşı qonşu ölkələrlə iqtisadi iş birliyi səyləri də TAB və AB-nin tamamlayıcısı olaraq davam etdiriləcək.

 PROGRAMIMIZIN MƏQSƏDLƏRİ VƏ STRATEGİYALARI

Tətbiq olunan səhv proqramlar və rəhbərlik səhvlərinə görə gərəkli islahatlar aparılmadığı üçün ölkəmiz, balanssız, gəlir dağılımı yüksək, işsizlik kimi ciddi problemlərin içinə düşmüşdür.
Yürüdülən səhv iqtisadi-sosial siyasət işsizlər ordusunun yaranmasına səbəb olub.Cəmiyyətimizin passionar hissəsinin ölkəni tərk etməsi təkcə mənsub olduqları ailələrin gücsüzləşməsinə deyil,həm də Azərbaycanın iqtisadi müdafiə qüdrətinin zəifləməsinə gətirib çıxarır.Monopoliyalar yoxsulların əlində olan cüzi gəlirinin də zəngin təbəqələrinin əlinə keçməsinə səbəb olub.

Prezident kimi,Milli Dirçəliş Hərəkatı Partiyasının açıqladığı iqtisadi proqramların arxasında güclü bir siyasi iradə ilə duracağam. Beləcə, iqtisadiyyatda çox ehtiyac duyulan proqramlaşdırma ən qısa bir zamanda təmin ediləcəkdir.

Prezident olaraq vergi faizlərini düşürəcək və vergi sayını azaldacağam.

Verginin əsas məqsədinin gəlir toplamaq olduğu diqqətdə saxlanılaraq vergi sistemini qarışıq hala gətirən istisnalar asanlaşdırılacaqdır.

 DÖVLƏT XƏRCLƏRİ

Azərbaycan xərcləmə sistemi, cəmiyyətə doğru məlumat təqdim edəcək bir quruluşda deyildir. Proqram-büdcə münasibəti qurula bilmədiyi üçün, büdcə xaricində xərcləmə vərdişi mövcuddur və bu səbəbdən büdcə yaxşı nəzarətdə deyil.

Tətbiq edəcəyimiz dövlət xərcləmə islahatı bu 4 hədəfə yönələcək:

Makro iqtisadi sabitliyin təmin edilməsi;
Maliyyə vəsaitinin strateji mahiyyətə görə müəyyənləşməsi;
tutumluluq, məhsuldarlığa görə fəaliyyətin icra edilməsi;
İstifadə edilən maliyyənin istifadəçilərin hesabına verilərək şəffaflığın təmin edilməsi.

Yeni maliyyə anlayışımızla, xalqımıza daha çox məlumat verilərək korrupsiya və bədxərcliyin qarşısı alınmış olacaq. Bu yeni yanaşma “daha az maliyyəvəsaiti ilə daha çox iş görmək” imkanını təmin edəcəkdir.

 MALİYYƏ SEKTORU SİYASƏTİ

Azərbaycanda maliyyə sisteminin yatırım və istehsal fəaliyyətlərini dəstəkləmə funksiyası, bənzər ölkələr ilə müqayisə edildiyində yetərsiz qalır.
Bizim maliyyə sektoruna yönəlik siyasətimizdə təməl hədəflər

məhsuldar sərmayələri, böyüməyi və makro iqtisadi sabitliyi dəstəkləyən;
şoklara dayanığlı və sağlıqlı işləyən;
maliyyə sahəsinin böyüməsini təmin edərək, maliyyə dərinliyi artıran
maliyyə sistemində rəqabət şərtlərini meydana gətirən istiqamətlərdir.

Bız, maliyyə bazarlarının, vasitələrin və qurumların daha yaxşı istifadəsini təmin edəcək və yeni qaynaqları hərəkətə keçirəcək siyasəti tətbiq edəcəyik.

Bu çərçivədə:

Dövlət Neft fondunun vəsaitləri aşağı-illik 3 faiz olmaq şərti ilə xarici ölkələrdə idarə olunur. Amma ölkənin kommersiya bankları xarici maliyə qurumlarından kifayət qədər böyük faizlə borc alırlar. Kommersiya bankları maliyyə ehtiyatlarını Mərkəzi Bankdan kənar mənbələr hesabına formalaşdırır.

Bank sektorunun ən ciddi problemlərdən biri maliyyə dayanıqlığının və likvidliyinin aşağı olması ilə bağlıdır. Qlobal maliyyə böhranı dövründə kommersiya banklarına dövlət tərəfindən maliyyə yardımının edilməməsi, Azərbaycanın dövlət rezervlərinin bir hissəsinin ölkəyə gətirilməməsi və kommersiya banklarının saxlanması ilə bağlı tədbirlərin görulməməsi öz mənfi təsirini göstərib.

Bank sahəsində rəqabət mühiti təmin ediləcək, xidmətlərin keyfiyyətini yüksəltmə xarakterli xarici sərmayə girişi dəstəklənəcəkdir; Azərbaycanın dövlət rezervlərinin bir hissəsinin ölkəyə gətirilməsi təmin olunacaq.

Maliyyə xidmətlərində çeşit artırılacaq, özəl maliyyə qurumları, risk sərmayəsi quruluşları, investisiya bankı, ipoteka bankı kimi sahələrin hüquqi infrastrukturu gücləndiriləcək və bu sahələrin inkişafı təmin olunacaq;

Kiçik müəssisələri və yerli istehsal fəaliyyətini dəstəkləyən mikro maliyyə qurumlarının və ixtisas bankının inkişafı dəstəklənəcək; 

Dövlətin maliyyə nəzarətindən sürüşüb çıxan, buna baxmayaraq bazarın doymasında əhəmiyyətli rol oynayan gizli biznesin aktivliyini aradan qaldırmadan sosial bərabərliyə nail olmaq olmaz. Əldə edilmiş qanunsuz gəlirlər müxtəlif sferalarda istifadə edilir və özünün “kölgə iqtisadiyyatı” adını alan əmtəə-pul münasibətləri sistemini əmələ gətirir. Rəsmi statistikada ölkənin ümummilli məhsuluna daxil edilməyən iqtisadi fəaliyyətin bütün məcmusu bazarın vəziyyətini müəyyənləşdirir. Tədarükçülərin və istehlakçıların istehsal parametrlərinə, bazar və sosial həyata psevdo- dövlət və psevdo-şəxsi korporasiyaların təsir imkanlarını minimuma endirmək üçün sərt tədbirlər görüləcəkdir. 

Hesab edirəm ki, Kommunal sektorun idarəetməyə verilməsi ən vacib məsələlərdən biri olmalıdır. Söhbət istilik təchizatı, elektrik enerjisi və qaz sektorundan gedir. Dövlət mülkiyyətini özündə saxlamaq şərti ilə bu sektoru özəl idarəetməyə verməlidir.

Xaricdəki vətəndaşlarımızın qənaətlərini, fikirlərini ölkəmizə tətbiq etməyinə imkan yaradacağıq.

Problemli hala gələn kreditlərin həllini təmin edəcək yeni maliyyə bazarlarının, vasitə və qurumların meydana gəlməsi dəstəklənəcək.

Tətbiq edəcəyimiz iqtisadi proqramda, pul siyasətinin maliyyə sabitliyinin əsas ölçü strategiyası qorunacaq. Maliyyə intizamının təmin olunmasına prioritet verən maliyyə siyasəti ilə, Mərkəzi bankın infilyasiya ilə mücadilə fəaliyyəti təmin olunacaq. Maliyyə sahəsinə yönəlik islahat proqramımız pul siyasətinin infilyasiya ilə mücadilədə fəaliyyətinin artmasına kömək olacaq.

 REAL SAHƏNİN CANLANDIRILMASI

Ayrıca real sahə üçün şəffaf, ədalətli təsirli bir dəstəkləmə sisteminin təmini gərəkir. Real sahənin problemlərinin həllinə istiqamətli olaraq bu ümumi siyasətlər çərçivəsində:

sərmayəçilərin qarşısındakı inzibati, bürokratik maneələr qaldırılacaq, qanunvericilik sadələşdiriləcək

Vergi faizləri düşəcək, qeydiyyatdan kənar xarici iqtisadi fəaliyyətlər önlənəcək, qeydiyyatlı müəssisələr əleyhinə işləyən haqsız rəqabət əngəllənəcək. 

 XARİCİ SƏRMAYƏNİN CƏZB EDİLMƏSİ

Birbaşa xarici sərmayə girişlərinin artırılması üçün aşağıdakı siyasət tətbiq olunacaq:

Siyasi və iqtisadi sabitlik təmin ediləcək, güvən mühiti meydana çıxacaq, gələcəklə bağlı naməlumluqlar aradan qaldırılacaq;

Beynəlxalq standartlara uyğun, açıq və kəsin təyin olunmuş bir hüquq nizamı, güvənli və işləyən bir ədalət mexanizmi, qarantiyaya alınmış mülkiyyət haqları təmin olunacaq;

Xarici investisiyalarla bağlı prosedurlar sürətlənəcək, nəticəsi dəqiq vaxtlara bağlanacaq;
Xarici sərmayəçilərə istiqamətlənmiş xarici təqdimat fəaliyyəti inkişaf etdiriləcək, Azərbaycanın beynəlxalq bir marka olması təmin olunacaq.

 YENİ BİR İXRACAT HÜCUMU

Prezident kimi həyata keçirəcəyim “Dircəliş” proqramının iqtisadi böyümə modelinin ən önəmli ünsürü ixracatdır. Sənayemizin beynəlxalq rəqabət edə biləcək bir məhsuldarlığa çatması və Azərbaycanın dünyaya açılıb qlobal iqtisadi sistemə tam inteqrasiya olmuş bir ölkə halına gəlməsi üçün də ixracatın inkişafı böyük önəm daşımaqdadır.

İxracatçılarımıza hər mövzuda tam dəstək verəcək, ölkəmizdə yeni bir ixracat hücumunun başlamasını təmin edəcəyəm.

Qloballaşmanın mənfi təsirlərindən qorunmaq və sektor asılılığından qurtulmaq üçün, Azərbaycanın rəqabət üstünlüyünə sahib olduğu və yüksək əlavə dəyərli sektorlar təyin olunacaq. Bu sektorlar beynəlxalq normalar çərçivəsində dəstəklənəcək. 

Regional asılılıqdan qurtarmaq məqsədi ilə yeni bazarlara doğru istiqamətlənmək lazımdır. Bu çərçivədə başda Orta Şərq və Qaradəniz olmaq üzrə, Mərkəzi və Şərqi Avropa , Quzey Amerika, Uzaq Şərq, Latın Amerika və Afrika ölkələri bazarlarına üstünlük veriləcək. 

Ixracatci firmalarin üzərindəki yüksək vergilər aşağı salınacaq, ixracatçılarımızın beynəlxalq bazarlarda asanlıqla rəqabət etmələri təmin olunacaq.

 SOSİAL SIYASƏT

İqtisadi siyasət cəmiyyətin rifahını artırmada və insanlara keyfiyyətli yaşayış şərtlərini meydana gətirmədə zəruri olmaqla yanaşı, həm də tək başına yetərsizdir.Mən cəmiyyətin təməl ehtiyaclarını ödəmək üçün Dövlət-Bazar-Mülki cəmiyyət iş birliyini zəruri sayıram. Təsirli sosial siyasət tətbiqləri ilə birləşməyən iqtisadi siyasət toplumdan dəstək almadığı üçün müvəffəqiyyətsizdir. Bu səbəblə, iqtisadi inkişaf siyasətını sosial syasətlə balanslı bir şəkildə davam etdirəcəyəm.

 GƏLİR PAYLANMASINDA ƏDALƏT

Son illərdə əhali kəsimləri arasındakı gəlir paylanması böyük nisbətdə pozulmuş, ödənişlərdə meydana gələn real itki və artan işsizlik nəticəsində xalqımızın rifah səviyyəsində irəliləyişlər olmamışdır. Yoxsul kəsimlərdə sosial narahatlıqlar artmışdır.
Artan yoxsulluq, geniş xalq kütlələrinin iqtisadi, siyasi və sosial həyatdan tədric olmasına səbəb olub. Bu durum, asayiş və dincliyin pozulmasına, zəngin və yoxsullar arasındakı yaşam standartı fərqinin yaranmasına, ictimai qütbləşməyə və “ümidsizlik” duyğusunun oturuşmasına səbəb olacaq. 

Bizə görə, gəlir paylanmasının yaxşılaşdırılması və yoxsulluqla mübarizə siyasətinin müvəffəqiyyətli ola bilməsi üçün insanı iqtisadi inkişafın mərkəzinə oturtmaq “əxlaqi” bir zərurətdir.

Son məqsədi “insan rifahının yüksəldilməsi” olmayan iqtisadi yanaşmalar, sosial fəlakətlərlə bitir.

Beynəlxalq sənədlərdə “insanın şərəfli yaşam haqqı” na sahib olduğu açıqca vurğulanıb. “Yoxsulluğun ortadan qaldırılması” bir əxlaqi insanlıq vəzifəsi olaraq idarəetmənin təməl vəzifələri arasında yer alıb.
Hesab edirik ki,artıq, iqtisadi və sosial siyasətlər gözdən keçirilərək, “sosial ədalət”ə prioritet verən “insan mərkəzli inkişaf” anlayışı mənimsənməlidir.

Bu anlayış içində gəlir paylanması və yoxsulluqla mübarizə sahəsində aşağıdakı siyasətlər həyata keçiriləcəkdir.

Tətbiq edəcəyim- Partiyamızın hazırladığı “Dirçəliş”proqramı, sosial siyasətə uyğun, sosial bütünləşməni və həmrəyliyi təmin edəcək, işsizliyi azaldacaq və yoxsulluğu ortadan qaldırma xüsusiyyətinə malik olacaq, iqtisadi böyümədən əldə ediləcək nemətlərin ədalətli bölünməsini təmin edəcək daha insani bir mahiyyət daşıyacaq.

 KORRUPSİYAYA QARŞI MÜCADİLƏ

Gəlir paylanmasındakı ədalətsizlik, dövlət idarəetməsinin axsaqlıqları, hüquq və ədalət sistemində yaşanan problemlər ümumi olaraq əxlaqi yolsuzluqların təməl səbəblərindən sayıla bilər.

Gəlir paylanmasındakı balanssızlığın təməlində korrupsiyanın olduğu, son illərdə açıqca görünməkdədir. 

Korrupsiyanın qarşısının alınmasında təməl prioritet , siyasətin və dövlət yönətiminin korrupsiyadan təmizlənilməsi olmalıdır.

Əsasən hüquq dövləti ölkəsi tam anlamıyla həyata keçirildiyində və dövlət əsl vəzifələrinə döndüyündə dövlət kəsimi korrupsiya mexanizmi olmaqdan çıxacaq. İstehsaldan çəkilən dövlətin, rəqabətçi bazar şərtlərində tənzimləyici və nəzarətçi funksiyasının ön plana keçməsi ilə dövlətdəki korrupsiya qapıları özlüyündən bağlanacaqdır. 

Korrupsiya ilə mücadilə çərçivəsində Milli Dirçəliş Hərəkatı Partiyası aşağıdakı tədbirləri alacaq:

Siyasətçilərin və dövlət məmurlarının mal varlıqları şəffaf hala gətiriləcək, 

Korrupsiya mövzusundakı cəzalar ağırlaşdırılacaq, hüquqi müddət tezləşdiriləcək. Korrupsiyanın ədalət sisteminə kölgə salmasının qarşısı alınacaq .

Dövlət yönəticilərinin təyin edilməsində, texniki keyfiyyətlərlə yanaşı dürüstlük də təməl bir meyar olaraq diqqətə alınacaq və tam anlamıyla ləyaqət sistemi həyata keçiriləcəkdir.

 İŞSİZLİYİN QARŞISININ ALINMASI

Vətəndaşlarına çalışaraq yaşamalarını təmin edəcək iş imkanları yaratmaq, çağdaş dövlətin təməl vəzifələrindəndir.
İşsizliyin azaldılması üçün aşağıdakı tədbirlər alınacaqdır. 

İqtisadi böyümə, məşğulluğu artırma və işsizliyi azaltmanın ən təməl yoludur. Yerli və xarici sərmayənin ölkəmizdə investisiya etməsi diqqətə alınaraq , makro iqtisadi ortamda, davam etdirilə bilən böyümə təmin olunacaq.

 TƏHSİL

Partiyamızın təhsildə təməl hədəfi, “fikri azad, vicdanı azad, mədəniyyəti azad nəsillər yetişdirməkdir”. Bu məqsədlə biz insanın:
Sərbəst düşünən və müstəqil qərar verə bilən, Yeniliklərə açıq, Özünə inam sahibi, Həyata müsbət baxan, Problem həlletmə bacarığı inkişaf etmiş, Elm və texnologiya istehsal edən fərdlər olaraq yetişdirilmələri üçün tədbirlər görəcəyik.

Təhsil sahəsində təsirli bir planlamaya söykənən fayda-maliyyə analizi edilərək, təhsilə daha çox qaynaq ayrılacaq .Büdcədə Milli Elmlər Akademiyasında çalışanlar, eyni zamanda təhsil sahəsində işləyənlər üçün nəzərdə tutulan vəsait artırılacaq. Akademiyada işləyən alimlərin stimullaşdırılması üçün büdcədən müəyyən qədər vəsait nəzərdə tutulub. Amma ali məktəblərdə işləyən alimlər üçün bu nəzərdə tutulmayıb. Hesab edirəm ki, büdcədə ali məktəbdə işləyən alimlərin də stimullaşdırılmasını nəzərdə tutulmalıdır.
Bundan əlavə elmin və təhsilin inkişafı üçün möhkəm maddi-texniki bazanın yaradılmasına diqqət göstərilməli və buna vəsait ayrılmalıdır.
Ölkədə müəllimlərin, həkimlərin maaşları acınacaqlı vəziyyətdədir. Səhiyyə və təhsil sahəsində çalışanlara verilən 100-150 manat əmək haqqı ilə dolanmaq olmaz. Bu təbəqənin maaşları bir neçə dəfə artırılacaqdır.

 GƏNCLƏRLƏ GƏLƏCƏYƏ

Prezidentliyim dönəmində Gənclik siyasəti ilə bağlı Milli Dirçəliş Hərəkatı Partiyasının “Dirçəliş” proqramındakı “Gənclərlə Gələcəyə” bölümünü həyata keçirəcəyəm. Dövlət Neft Fondunun vəsaitləri xaricdə saxlanılır və cox kiçik faizlə (3%)xarici ölkə vətəndaşlarına işlətməyə verilir. Bu vəsait Azərbaycan vətəndaşlarının istifadəsində olmalıdır. Gənclərin işlə təminatı və mənzil problemi həllini tapmalıdır. “Dirçəliş” proqramının icrasına başlamazdan öncə Prezidentliyimin ilk ayında xaricdə saxlanan Dövlət Neft Fondunun vəsaitlərinin əksər hissəsinin Azərbaycana gətirilməsi və istinasız olaraq Bütün Gənclərə iş qurmaq üçün 3%-lə uzun müddətli kredit verilməsi haqda sərəncam imzalayacağam. Buna paralel olaraq əsgəri xidmətini başa vurmuş bütün gənclərə ev tikmək üçün torpaq sahəsi verilməsini təmin edəcəyəm(kənd rayonlarında doğulanlara -dogulduğu rayonlarda, şəhərlərdə doğulanlara- şəhər ətrafında). Əyalətlərdə bolluq,şəhərlərdə ucuzluq olacaq.Gənclərimiz iş dalınca xarici ölkələrə üz tutmayacaq. İşsizlik və mənzil problemi səbəbindən evlənmə yaşı indiki kimi yuxarı həddə qalmayacaq. 

 XARİCİ SİYASƏT

Dəyişən regional və qlobal gerçəklər qarşısında , Azərbaycanın xarici siyasi prioritetlərini yenidən təyin etməsi və bu gerçəkləri ilə milli çıxarları arasında yeni bir tarazlıq təyin olunması vacibdir.

Bu çərçivədə biz:
Azərbaycanın xarici siyasətini uzun müddətli bir perespektivlə, yeni dinamizmə dayanan regional və qlobal şəraitə uyğun hala gətirəcəyik;
Azərbaycanın coğrafi, tarixi baxımdan Türk cümhuriyyətləri ilə yaxın münasibətləri vardır. Türk cümhuriyyətləri ilə münasibətlər Azərbaycanın xarici siyasət gündəmində ən üst sıralarda yer almağa bundan sonra da davam edəcək.
Avropa ölkələri, ABŞ və İsrail ilə olan işbirliyini davam etdirəcək və bu işbirliyi iqtisadi, investisiya, bilgi və texnologiya və.s. sahələrə tətbiq olunacaq.
Azərbaycanın Türk Cümhuriyyətləriylə münasibətlərində ən irəli nöqtəyə daşınaraq bölgənin geniş bir işbirliyi sahəsinə çevrilməsi üçün səy sərf edəcəyəm.
Ölkəmiz 1994-cü ildən NATO-nun "Sülh naminə tərəfdaşlıq", 2004-cü ildən isə "Fərdi tərəfdaşlıq" proqramlarına qoşulub. Ölkəmiz 2002-ci ildən isə NATO-ya assosiativ üzv qəbul edilib. Kürəsəl siyasi gündəmi nəzərə alaraq müvafiq dövlət strukturlarının NATO-ya müraciət etməsini təmin edəcəyik. Bu tərəfdaşlıqda təkcə ölkəmizin deyil,NATO-nun da öhdəlikləri, hər dövrün tələbinə uyğun dəyişmə trendi vardır. NATO–nun Azərbaycanla bağlı transformasiya siyasətini müzakirəyə çıxarması təklif olunacaqdır.. Kollektiv Təhlükəsizlik Müqaviləsı təşkilatı adından Rusiya rəsmılərinin Azərbaycanı təhdid etməsi bunu zəruri edir.
Rusiya Azərbaycanın öz torpaqlarını güc vasitəsilə azad etməsi zamanı Ermənistana yardım edəcəyini bildirməsinə müttüfiqlərimizin münasibəti aydın olmalıdır.

 Q A R A B A Ğ

ATƏT-in vasitəçiliyi ilə aparılan danışıqların heç bir nəticəsinin olmadığı bir zamanda Ermənistanla danışıqların yeni mərhələsini gözləməyin hec bir mənası yoxdur. Ermənistanın məqsədi, indiki status-kvonu uzatmaqdır. İkincisi-“animus aggeressionis” deyilən bir yanaşma var. Yəni dövlətin fəaliyyətində mövcud olan, əvvəlcədən düşünülmüş təcavüzkar niyyət. Bu Ermənistanın ”böyük ermənistan“ planının tərkib hissəsidir və onlarla danışmaq mənasızdır. Ona görə də Ermənistanla danışıqları davam etməyə cəhd etmədən Ermənistanın beynəlxalq hüquqi məsuliyyəti haqda BMT ilə danışıqlar aparmaq lazımdır. Ratifikasiya edilən beynəlxalq hüquqi aktlar, hazırkı diplomatik şərait Ermənistanın törətdiyi təcavüz cinayətinə görə Ermənistanın beynəlxalq hüquqi məsuliyyətə cəlb edilməsinə tam əsaslar və imkanlar yaradır. Təcavüz aktının bu və ya digər formasına görə təcavüzkar dövlət BMT TŞ qarşısında birbaşa məsuliyyət daşıyır. Bu isə BMT TŞ-na təcavüzkar haqqında məcburi tədbirlərin görülməsi səlahiyyəti verir. Çünki müasir beynəlxalq hüquqda digər hüquq pozuntularında olduğu kimi, təcavüzə görə də məsuliyyət restitusiya və reparasiya formasında nəzərdə tutulur. Bunu əsas götürərək BMT nizamnaməsinin 7-ci fəslinə müvafiq olaraq məcburiyyət tədbirlərinin işə salınmasını hədəf götürməliyik. BMT TŞ istər maddə 41-də nəzərdə tutulan ”silahlı qüvvələrin tətbiqi ilə bağlı olmayan “sanksiyaları, istər 42-ci maddədə nəzərdə tutulan “hərbi sanksiyaları” tətbiq etməsi üçün kifayət qədər əsas, o cümlədən BMT-nin 4 məlum qətnaməsi var.Biz Qarabag probleminin dinc yolla həllini arzulayırıq,amma bu bir konkret müddətə baglanmalıdır.Beynəlxalq güclərə veriləcək bu müddətdə problem dinc yollarla çözülməzsə dərhal hərb yolu ilə torpaqlarımız işğaldan azad olunmalıdır.

Qarabağ probleminin həlli Prezident fəaliyyətimin əsas istiaməti olacaq və bu yolda iradə və əzmlə QƏLƏBƏYƏ qədər irəli gedəcəyimi qəti şəkidə bəyan edirəm.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır