Türkiyə prezidentliyinə keçmiş namizəd, Cümhuriyyət Xalq Partiyasından (CHP) qopmuş Məmləkət Partiyasının sədri Muharrem İnce CHP ilə 31 martda keçirilməsi nəzərdə tutulan yerli seçkilərdə əməkdaşlıqdan imtina edib.
Modern.az xəbər verir ki, CHP-nin sözçüsü Deniz Yücel X-də məsələyə münasibət bildirib.
O, İncenin yönəltdiyi tənqidlərdən təəssüfləndiyini bildirib. Sözçü deyib ki, bu vaxta qədər davam edən danışıqlarda İnce müəyyən sayda bələdiyyə məclisi üzvlüyü və İzmirin metropol rayonlarından birində sədrliyi şərt kimi qoşub.
Qeyd edək ki, bundan əvvəl İnce İstanbul bələdiyyəsinin sədri Ekrem İmamoğlu ilə görüşdə onu dəstəkləyəcəyini demişdi.