Modern.az

Dəm qazı yenə can aldı: Bu dəfə ana və qızı...

Dəm qazı yenə can aldı: Bu dəfə ana və qızı...

Hadisə

26 Yanvar 2024, 22:30

Astarada ana və qızı bədbəxt hadisə nəticəsində ölüb.

 

Modern.az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Penser kəndində baş verib.

 

Kənd sakini 1966-cı il təvəllüdlü Nazənin Cəmil qızı Şükürova və anası, 1944-cü il təvəllüdlü Tahirə Şirəli qızı Əliyeva hamamda dəm qazından boğularaq ölüblər. Məlumata görə hadisə vanna otağında baş verib.

 

Qeyd edək ki, hər iki şəxs kənd məktəbində müəllim işləyib.

 

Faktla bağlı araşdırma aparılır.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! Rus donanması Xəzərdə hərəkətə keçdi