Modern.az

ABŞ İsrailə təzyiq göstərmək istəyir

ABŞ İsrailə təzyiq göstərmək istəyir

Dünya

28 Yanvar 2024, 20:18

ABŞ administrasiyası İsraili Qəzza zolağında hərbi əməliyyatların miqyasını azaltmağa inandırmaq üçün bu ölkəyə silah satışını ləngidə və ya dayandıra bilər.

 

Modern.az xəbər verir ki, bu barədə “NBC News” telekanalı məlumat yayıb.

 

Hələlik heç bir qərarın verilmədiyi qeyd edilir.

 

Telekanal bildirir ki, Amerika hakimiyyəti yəhudi dövlətinə humanitar dəhlizlər açmaq və Qəzzanın mülki əhalisinə daha çox yardım göstərmək üçün təzyiq göstərməyi planlaşdırır.

 

Qeyd edilir ki, ABŞ bu haqda İsraili bir neçə həftə əvvəl Qəzzada taktikasını dəyişməyə və mülki itkiləri minimuma endirmək üçün səy göstərməyə inandıra bilmədikdən sonra qərara gəlib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə