Modern.az

Rusiyanın İstanbuldakı baş konsulluğu Türkiyə DİN-ə müraciət edib

Rusiyanın İstanbuldakı baş konsulluğu Türkiyə DİN-ə müraciət edib

Dünya

29 Yanvar 2024, 14:56

Rusiyanın İstanbuldakı Baş Konsulluğu Türkiyənin Daxili İşlər Nazirliyindən katolik kilsəsinə hücumla bağlı saxlanılan rusiyalı haqqında məlumat istəyib.

 

Modern.az xəbər verir ki, bu barədə diplomatik nümayəndəlikdən TASS-a bildirilib.

 

“Biz Daxili İşlər Nazirliyinə müraciət etdik. Cavab gözləyirik... Onun şəxsiyyəti ilə bağlı məlumatlar dəqiqləşdirilir, konsulluq əməkdaşının onunla əlaqə saxlaması xahiş olunur”, - Baş Konsulluğun nümayəndəsi agentliyə bildirib.

 

Kilsəyə hücum dünən baş verib. KİV-in məlumatına görə, səhər saatlarında maskalı iki nəfər kilsəyə yaxınlaşaraq atəş açıb, nəticədə bir nəfər ölüb.

 

Türkiyə hüquq-mühafizə orqanları kilsəyə hücumda əli olmaqda şübhəli bilinən 47 nəfəri saxlayıb. Hücumun özündə Rusiya və Tacikistan vətəndaşları şübhəli bilinir. Onların İŞİD terror təşkilatı üzvləri olduğu bildirilir.

Whatsapp
Bizə yazın!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə