Modern.az

Lənkəranlılar da namizədlərini açıqladılar - FOTOLAR

Lənkəranlılar da namizədlərini açıqladılar - FOTOLAR

Aktual

1 Oktyabr 2013, 14:26

Lənkəran sakinləri prezident seçkilərində Azərbaycan Prezidenti İlham Əliyevin namizədliyini dəstəkləyəcəklərini bəyan ediblər. Bu barədə fikirləri Milli Məclisin Sosial Siyasət Komitəsinin sədri Hadi Rəcəbli Lənkəranın Şağlakücə, Rvo, Qrumba və Şovu kəndlərinin sakinləri ilə görüşündə səsləndirib.

H.Rəcəbli keçirdiyi görüşlərdə Azərbaycanin iqtisadi inkişaf dinamikasına görə dünya liderləri sırasında olduğunu, yaşayış səviyyəsinə görə isə keçmiş sovet ölkələri arasında öncül yerlərdən birini tutduğunu vurğulayıb.

Deputatın fikrincə prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan sürətlə inkişaf edir:

“Regiondakı irimiqyaslı layihələrin Azərbaycanın iştirakı olmadan reallaşmaması buna bariz göstəricidir. Azərbaycan artıq dünya xəritəsində öz yerini təsdiqləmiş və sürətlə inkişaf edən dövlətdir”.

H.Rəcəbli qeyd edib ki, xalq Heydər Əliyevin layiqli davamçısı İlham Əliyevi cəmiyyətin alternativsiz lideri kimi irəli sürüb, Azərbaycanın parlaq gələcəyinin onunla bir yerdə reallaşacağı həqiqətini qəbul edib.

Görüşdə çıxış edən Şağlakücə kənd sakini Mahmud Məmmədov bildirib ki, son 10 ildə bütün regionlarda olduğu kimi, Lənkəranda da böyük quruculuq işləri aparılıb, böyük infrastruktur obyektləri, abadlıq işləri, parklar, kənd yolları tikilib. Bütün bunlar Prezident İlham Əliyevin Azərbaycan xalqına verdiyi dəyərdən irəli gəlir. Ona görə, xalq növbəti illərdə də İlham Əliyevi ölkənin Prezidenti kimi görmək istəyir. Digər sakinlər Məmmədağa Əhmədov, Sərraf Hüseynov və Adil Məmmədov da çıxışlarında Azərbaycanın parlaq gələcəyini İlham Əliyevin rəhbərliyi altında gördüklərini vurğulayıblar və bildiriblər ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı ötən 10 il ərzində uğurla icra edilib.


Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!