Modern.az

Təhsil eksperti deputatları Napoleondan ibrət götürməyə çağırdı

Təhsil eksperti deputatları Napoleondan ibrət götürməyə çağırdı

Aktual

2 Oktyabr 2013, 10:26


“1992-ci ildə qəbul edilmiş köhnə “Təhsil haqqında” Qanun yalnız bir il işlədi. 2009-ci ildə qəbul olunmuş “Təhsil haqqında” Qanun isə o qədər lazımsız və təhsilin hüquqi, sosial, mənəvi problemlərini, təhsil alan və təhsil verənlərin maddi durumlarının yaxşılaşdırılmasını həll etmək yükünə malik olmayan qanundur”. Bu sözləri Modern.az-a açıqlamasında təhsil eksperti Etibar Əliyev deyib. “Qeyd edirdilər ki, bu qanun çərçivə qanunudur və narahat olmağa dəyməz. Sahə qanunlarında bu məsələlər daha geniş nəzərə alınacaq. Ancaq indi də bu pillələr haqqında qanunlar qəbul olunmayıb. Burada yubanmaların səbəbini bilmirəm. Amma “Təhsil haqqında” Qanun o qədər mükəmməl olmalı idi ki, digər qanunlara ehtiyac olmasın. Yəni fransızlar kimi, onlar Napoleonun dövründən təhsil kodeksi qəbul ediblər, bu günə qədər cüzi dəyişiklərlə o kodeks işləyir”.

E. Əliyev bildirib ki, sahə qanunlarında, məsələn orta təhsillə bağlı burada mütləq müəllimlərin əmək haqları, şagird komleksləşməsi, müəllimlərə bir sıra güzəştlərin edilməsi, dövlət qulluğu məsələsi gündəmə gəlməlidir. “Ali təhsillə bağlı ali məktəb müəllimlərin güzəranın yaxşılaşdırılması və başqa ciddi problemlər durur. Bu gecikmənin səbəbləri məhz bu cür problemlərin siyasi iradədən sonra yazılmasına xidmət edir. Hər hansı prezident tərəfindən siyasi qərar qəbul edildikdən hesab edirlər ki, bu sahələr üzrə qanunları yazmaq olar”.

E.Əliyevin sözlərinə görə burada problemlər çoxdur. “Müəllimlərin əməkhaqqısı həddindən artıq aşağıdır. Şagird komplektləşdirilməsi üzrə problem var. Təhsilin bütün pillələrində təhsil verənlərin ciddi imtiyazları nəzərdə tutulmur. Təhsil alanların da ciddi problemləri var. Təhsil haqlarını verməkdə valideynlər çətinlik çəkirlər və s. Bu problemlər qəbul olunmuş qanunda öz əksini tapmayıb. Onlar hesab edirlər ki, sahə qanunları qəbul olunduqdan sonra çərçivə qanunu tamamlana bilər. Amma hələlik ortada heç nə yoxdur”.

Qeyd edək ki, deputat Əhməd Vəliyev təhsillə bağlı ayrı-ayrı sahə qanunlarının qəbul edilməsini vacib bilib. O təklif edib ki, bağçadan tutmuş doktoranturaya qədə təhsilin hər bir pilləsini əhatə edən ayrı-ayrı qanun layihələri hazırlansın və payız sessiyasında qəbul olunsun. 

Aytən ƏLİYEVA

Twitter
Sizə yeni tvit var
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi