Modern.az

Avropa Parlamenti SEÇKİNİ müzakirəyə çıxarır: “Azərbaycanı hansı gələcək gözləyir?”- RƏSMİ PROQRAM

Avropa Parlamenti SEÇKİNİ müzakirəyə çıxarır: “Azərbaycanı hansı gələcək gözləyir?”- RƏSMİ PROQRAM

2 Oktyabr 2013, 12:26

Oktyabrın 3-də Brüsseldə Avropa Parlamentinin ofisində Azərbaycandkı prezident seçkiləri ilə bağlı “Azərbaycanda prezident seçkiləri: Odlar yurdunu hansı gələcək gözləyir?” adlı müzakirələr keçirləcək. Modern.az-ın məlumatına görə, toplantı Avropa Parlamentinin Pol-Anri Spaak korpusunda Brüssel vaxtı ilə saat 14.30-da başlanacaq.

Giriş nitqi ilə Avropa parlamentinin üzvü, Avronest parlament assambleyasının vitse-prezidenti Herman van Herbrand çxış edəcək. “Azərbaycanda seçkilər: qısa icmal” mövzusunda ilk olaraq seçkilər üzrə müstəqil beynəlxaq ekspert Sesiliya Peski məruzə edəcək. Daha sonra “Prezident seçkiləri ərəfəsində siyasi landşfat” mövzusunda Müsavat partiyasının başqanı İsa Qəmbərin çıxışı nəzərdə tutulub.  “Vətəndaş cəmiyyəti üçün seçki öncəsi vəziyyət” mövzusunda isə Amnesity İnternational təşkilatının nümayəndəsi Devid Nikolsun məruzəsi dinləniləcək.

Toplantıda ikinci mövzu  “Avropa Birliyi-Azərbaycan münasibətləri üçün fəaliyyət yolları- Gələcəyə baxış” adlanır. Moderator  Marino Busdaşinin iştirakı ilə aparılan müzakirələrə Azərbaycan Milli Məclisinin deputatları qoşulacaqlar.

Şərq tərəfdaşlığı üzrə siyasi idarənin əməkdaşı Pyer Dibman “Avropa qonşuluq siyasəti və Azərbaycan” mövzusunda məruzəsindən sonra “Qafqazda demokratiya, vətəndaş cəmiyyəti və milli azlıqlar” mövzusu üzrə  Rusiya Elmlər Akademiyasının Regional araşdırmalar və Sivilizasiyalar mərkəzinin Qafqaz departamentinin rəhbəri doktor Ənvər Kisriyevin çıxışı nəzərdə tutulub.

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır