Modern.az

QMİ: “Həcc ziyarətində səsverməni MSK nümayəndəsi izləyəcək”

QMİ: “Həcc ziyarətində səsverməni MSK nümayəndəsi izləyəcək”

2 Oktyabr 2013, 15:28

“Bu normal hadisədir. Həcc dövründə səs verməkdə problem yoxdur”. Bunu Modern.az-a açıqlamasında Qafqaz Müsəlmanları İdarəsinin sədr müavini Hacı Sabir Həsənli azərbaycanlı zəvvarların Məkkədə səsvermə məsələsinə münasibət bildirərkən deyib.

Hacı Sabir Həsənlinin sözlərinə görə, 2013-cü il prezident seçkiləri dini ziyarətlə  təxminən eyni vaxta təsadüf edir.
“Bu, dindarlar tərəfindən də normal qarşılanır. Dində buna qadağa, şəriətə xilaf heç nə yoxdur. Hər kəsin öz fikri var. Demokratik ölkədə yaşayırıq. Səsvermədən sonra Qurban bayramına təxminən 5 gün qalır. Həcc mərasimi başlamamış bayramdan 10 gün qabaq, Səudiyyə dövləti sərhədləri hacıların gəlmə məsələsinə görə bağlayır. Ona görə də seçicilər məcburdurlar orda səs versinlər. Bunun üçün də Qafqaz Müsəlmanları idarəsi Mərkəzi Seçki Komissiyası ilə danışıqlar aparıb. Bütün zəvvarların səs verməsi üçün hər cür şərait yaradılacaq. Bu bir qədər artıq şərəfli iş olur ki, Allah Evində ölkə başçısı üçün səs verilir. Orda zəvvarlar hər kimi seçəcəklərsə bu onların öz işidir. Səudiyyə dövləti ilə zəvvarlarımızın orda səs verməsi üçün razılıq əldə olunub. Azərbaycanın Səudiyyə Ərəbistanındakı səfirliyinin yardımı ilə bu səsvermə baş tutacaq. Bildiyimə görə, seçkiləri Məkkədə də keçirərkən, MSK-dan kimsə iştirak edəcək”. Qeyd edək ki, bu il zəvvarların Həcc ziyarəti oktyabr ayının 3-dən etibarən başlayır.  

Namidə BİNGÖL
 
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Türkiyədə sığınacaqlar tikilir - Yeni müharibə başlayır?