Modern.az

Bakcell beynəlxalq balansartırma xidmətinə start verib

Bakcell beynəlxalq balansartırma xidmətinə start verib

2 Oktyabr 2013, 15:40

Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi Bakcell şirkəti ölkənin mobil rabitə bazarında daha bir yeniliyə imza atıb.

Bir müddət əvvəl istifadəyə verilən “Beynəlxalq Balansartırma Layihəsi” sayəsində Azərbaycandan kənarda olarkən asanlıqla Bakcell nömrəsinin balansını artırmaq mümkündür. İstər rouminqdə olan Bakcell abunəçilərinə, istərsə də başqa ölkələrdə işləyən və çalışan həmvətənlərimizə müxtəlif bank filialları və pos-terminallar vasitəsilə ödəniş aparmaq imkanı verən bu xidmət Azərbaycanda ilk dəfə həyata keçirilir. Layihənin əsas məqsədi azərbaycanlıların əsas səyahət istiqamətləri və icmalarının cəmləşdiyi ölkələrdə Bakcell xidmətlərini daha əlçatan etməkdir. İlkin olaraq həmvətənlərimizin daha çox cəmləşdiyi Rusiya Federasiyasında fəaliyyətə başlayan bu xidmətdən yaxın vaxtlarda Türkiyə, Qazaxıstan və Birləşmiş Ərəb Əmirliklərində də istifadə etmək mümkün olacaq. Bakcell nömrəsinin balansını Rusiya ərazisindən artırmaq üçün “InterKoopBank”a qoşulu istənilən ödəniş terminalından (Svyaznoy, Evroset, Mobilniy Element), eləcə də bankın filiallarından və post-terminallardan yararlanmaq olar.  Xidmətdən gündəlik maksimal istifadə sayı 5, yüklənə bilən maksimum məbləğ isə 250 AZN-dir.  
Whatsapp
Bizə yazın!
Keçid et
Türkiyədə sığınacaqlar tikilir - Yeni müharibə başlayır?