Hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən saxlanılmış fotoreportyor Mehman Hüseynov sərbəst buraxılıb.
Modern.az-ın məlumatına görə, gənc fəal bir neçə saat Baş Prokurorluqda dindirildikdən sonra azadlığa buraxılıb.
Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov Mehman Hüseynovun sosial şəbəkələrdə yayılmış cinayət xarakterli məlumatların araşdırılması məqsədilə çağırıldığını açıqlayıb.
Modern.az