Modern.az

Tarixçi-deputat: “Ermənilərin Gülüstan müqaviləsini yad etməsi təbiidir”

Tarixçi-deputat: “Ermənilərin Gülüstan müqaviləsini yad etməsi təbiidir”

2 Oktyabr 2013, 16:14


“Gülüstan və Türkmənçay müqavilələrinə əsasən, ermənilər Türkiyə və İrandan Azərbaycana köçürülüblər”. Modern.az-a açıqlamasında Milli Məclisinin deputatı Fəzail İbrahimli belə deyib.

“Türkiyədən 40 min, İrandan 84 min erməni ailəsi Qafqaza gətirilib. Onda onların haqqı var ki, bu torpağa gəlişlərini təmin edən müqavilələri qeyd etsinlər. Köçürülmələrinin bayramını qeyd edirlərsə, buna çox təbii baxıram. Yoxsa başqa məqsədlə daşıyırsa, bunda belə bir məntiq görürəm ki, bunlar Qarabağa köçürüləndən sonra Azərbaycan torpaqlarını özünkü etmək üçün belə addım atıblar. Bu, sadəcə erməni məkridir”.

Qeyd edək ki, Dağlıq Qarabağda Gülüstan sülh müqaviləsinin 200 illiyi ilə bağlı “Dağlıq Qarabağ milli-azadlıq hərəkatı: Gülüstan müqaviləsindən günümüzə qədər” mövzusunda beynəlxalq tədbir keçiriləcək.  

Vüqar İsmayılov
 
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Türkiyədə sığınacaqlar tikilir - Yeni müharibə başlayır?