Modern.az

Azərbaycanlı zəvvarlar Həccə yola düşüb

Azərbaycanlı zəvvarlar Həccə yola düşüb

Təhsil

3 Oktyabr 2013, 09:45

Azərbaycandan olan zəvvarların bir hissəsi Həcc ziyarətinə yola düşüb.

Qafqaz Müsəlmanları İdarəsindən (QMİ) Trend-ə bildiriblər ki, zəvvarları aparan iki təyyarə bu gün səhər yola düşüb.

Qeyd edək ki, Azərbaycanda bu il də Həcc ziyarəti ancaq təyyarə ilə həyata keçirilir. Zəvvarlar 80 qrupa bölünüb, hər qrupda 45-55 nəfər olacaq.

Ümumilikdə, bu il Azərbaycandan təxminən 3600 zəvvarın Həccə getməsi nəzərdə tutulub.

Xatırladaq ki, ziyarət bu il iki variantda təşkil olunub. Nisbətən zəif şəraitli, gündə iki dəfə yemək verilən hotellərdə qalan zəvvarlar üçün ümumi ziyarət xərci 3250 manat, daha yaxşı şəraitli və yeməkləri daha çeşidli olan hotellərdə qalmaq istəyən zəvvarlar üçün isə xərc 4100 manatdır.

Modern.az

Sizə yeni x var
Keçid et
Türkiyədə sığınacaqlar tikilir - Yeni müharibə başlayır?