Modern.az

TÜRKPA da Bakıya müşahidəçi göndərib

TÜRKPA da Bakıya müşahidəçi göndərib

Aktual

6 Fevral 2024, 00:01

Qazaxıstan, Qırğızıstan və Türkiyə parlamentlərinin deputatlarından, eləcə də TÜRKPA Katibliyinin nümayəndələrindən ibarət TÜRKPA Seçki Müşahidə Missiyası 7 fevral 2024-cü ildə Azərbaycan Respublikasında baş tutacaq növbədənkənar prezident seçkilərinin qısamüddətli müşahidəsini həyata keçirəcək.

 

Modern.az xəbər verir ki, müşahidə proqramı çərçivəsində TÜRKPA Missiyası rəsmi şəxslər ilə görüşəcək.

 

Seçki günü TÜRKPA müşahidəçilərinin həmçinin azad edilmiş ərazilərdə də müşahidə aparması gözlənilir. 8 fevral tarixində Missiya müşahidəsinin ilkin nəticələrinə dair mətbuat konfransı keçirəcək.

Sizə yeni x var
Keçid et
Xameneiyə qarşı gizli plan - Şok detallar üzə çıxdı