Modern.az

Misir Mərdanovu son 14 ildə ilk dəfə eks-nazir kimi təbrik edəcəklər

Misir Mərdanovu son 14 ildə ilk dəfə eks-nazir kimi təbrik edəcəklər

3 Oktyabr 2013, 10:08


Azərbaycanın sabiq təhsil naziri Misir Mərdanovun bu gün ad günüdür, o, 67 yaşını tamam edib.
Modern.az-ın məlumatına görə, Misir Mərdanov 1946-cı il oktyabrın 3-də Qərbi Azərbaycanın (indiki Ermənistan) İcevan rayonunun Göyərçin kəndində anadan olub. 1964-cü ildə orta məktəbi bitirib, həmən il Azərbayca Dövlət Universitetinə (ADU) daxil olub. 1969-cu ildə universitetin mexanika-riyaziyyat fakültəsini bitirib.

M.Mərdanov 1970-1972-ci illərdə ADU-nun aspirantı olub. 1973-cü ildə namizədlik, 1989-cu ildə doktorluq dissertasiyasını müdafiə edib.

1971-ci ildən 1989-cu ilədək ADU-nun mexanika-riyaziyyat fakültəsində müəllim, baş müəllim, dosent, 1978-ci ildən 1989-cu ilə kimi dekan müavini vəzifələrində çalışıb.

1989-1992-ci illərdə Azərbaycan Respublikası Xalq Təhsili Nazirliyində ali təhsil idarəsinin rəisi, təhsil nazirinin müavini işləyib.

1992-1996-cı illərdə BDU-nun tədris işləri üzrə prorektoru, 1997-1998-ci illərdə universitetin rektoru olub.

1998-ci ildən 2013-cü ilin aprelinədək Azərbaycan Respublikasının təhsil naziri vəzifəsində çalışıb. Ailəlidir. Üç övladı var. Elm və təhsil sahəsindəki nailiyyətlərinə görə 2000-ci ildə Azərbaycan Respublikasının Prezidenti tərəfindən “Əməkdar elm xadimi” fəxri adına, 2006-cı ildə isə "Şöhrət" ordeninə layiq görülüb.

15-dən artıq kitabın, 100-dən çox elmi məqalənin müəllifidir.

Yeni Azərbaycan Partiyasının Siyasi Şurasının üzvüdür.

Misir Mərdanov 14 ildən çox Azərbaycanın təhsil naziri postunu tutub. Mətbuat tez-tez Misir Mərdanovun gah istefa verəcəyindən, gah da vəzifəsindən azad olunacağından yazırdı. Nəhayət bu ilin aprelin 19-da istefaya göndərildi.

Təhsil naziri postundan azad ediləndən az sonra Misir Mərdanov yeni iş yerində fəaliyyətə başladı.
Keçmiş təhsil naziri  Azərbaycan Milli Elmlər Akademiyasının Riyaziyyat və Mexanika İnstitunun direktoru vəzifəsinə təyin edilib.

Bu gün Misir Mərdanov son 14 ildə ilk dəfə ad gününü eks-nazir statusunda qeyd edəcək

Modern.az

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Türkiyədə sığınacaqlar tikilir - Yeni müharibə başlayır?