Modern.az

Azərbaycanın 7 min litr qan ehtiyatı var

Azərbaycanın 7 min litr qan ehtiyatı var

3 Oktyabr 2013, 10:51


Azərbaycanda 6500-7000 litr civarında qan ehtiyatı var. Bu barədə Modern.az-a Səhiyyə Nazirliyinin Hematologiya və Transfuziologiya İnstitutunun Mərkəzi Qan Bankının baş həkimi Pərvanə Hacıyeva məlumat verib. Mənfi qan qrupunda ehtiyatın az olduğunu deyən Pərvanə Hacıyeva hazırda Mərkəzi Qan Bankında müsbət rezuslu 430, mənfi rezuslu 149 ədəd qan ehtiyatının olduğunu bildirdi. “Ümumiyyətlə, dünyada mənfi qan ehtiyyatları azlıq təşkil edir. Hazırda onun göstəricisi 15%-dir. Bütün qan qrupları üzrə kifayət qan tədarükü var”.

Yay aylarında qan qıtlığının yarandığını deyən baş həkimin sözlərinə görə, havalar soyuyanda resurslar normallaşır. “Yay aylarında dövlət idarələrinin, məktəblərin məzuniyyətdə olduğundan qan tədarükü azalır. İsti aylarda çoxları qan verməyə qorxur. Səhhətində problem ola insanlar həkim müayinəsindən keçirilir və belə bir problem varsa onlardan heç qan alınmır. Hər ayda 8-10 dəfə rayonlara briqadalar yollanır”.

Sonda Pərvanə Hacıyeva bütün nazirliklər və dövlət komitələrindən müraciət edərək onların məktublarına cavab verilməsini xahiş etdi. Qan ehtiyatının artırılması üçün onlara dəstək olmağa çağırdı.

Gültəkin ƏLƏSGƏR  

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Türkiyədə sığınacaqlar tikilir - Yeni müharibə başlayır?