Modern.az

İstanbul məhkəməsinə hücum: 5 yaralı var, törədənlər zərərsizləşdirildi - VİDEO

İstanbul məhkəməsinə hücum: 5 yaralı var, törədənlər zərərsizləşdirildi - VİDEO

Dünya

6 Fevral 2024, 13:24

Türkiyənin İstanbul şəhərində məhkəmə binasının girişinə silahlı hücum edilib.

 

Modern.az TRT-yə istinadən xəbər verir ki, bu barədə ölkənin daxili işlər naziri Ali Yerlikaya məlumat verib.

 

Onun sözlərinə görə, hadisə zamanı 3-ü polis olmaqla, 5 nəfər yaralanıb. Hücum edən 2 nəfər (1 kişi, 1 qadın) ölü halda ələ keçirilib.

 

Hadisə zamanı əvvəlcə ətrafdakı insanlar silah səsi eşidiblər. Bundan sonra əraziyə polis qüvvələri cəlb olunub.

 

Hazırda araşdırma aparılır.

 

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Xameneiyə qarşı gizli plan - Şok detallar üzə çıxdı