Modern.az

Peskovdan Putinin Türkiyə səfəri barədə yeni AÇIQLAMA

Peskovdan Putinin Türkiyə səfəri barədə yeni AÇIQLAMA

Dünya

6 Fevral 2024, 15:00

Rusiya prezidenti Vladimir Putinin Türkiyəyə planlaşdırılan səfəri zamanı ticarət-iqtisadi əlaqələrin bütün nüansları müzakirə olunacaq.

Modern.az xəbər verir ki, bunu fevralın 6-da Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.

“Türkiyə bu sahədə mühüm tərəfdaşdır”,- Rusiya prezidentinin mətbuat katibi əlavə edib.


"Ticarət-iqtisadi əlaqələr bütün ölçülərdə müzakirə olunacaq. Türkiyə bizim mühüm ticarət və iqtisadi tərəfdaşımızdır və təbii ki, bu əlaqələrin bütün nüansları gündəmdə olacaq”, - deyən Peskov jurnalistlərə Putinin Türkiyəyə səfəri zamanı ABŞ-ın sanksiyaları səbəbindən iki ölkə arasında nizamlanma problemlərinin müzakirə olunub-olunmayacağı və hər hansı konkret razılaşmanın əldə olunmasının mümkünlüyü barədə suala cavab verib.

Vladimir Putin fevralın 12-də Türkiyəyə səfər edəcək.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə