Modern.az

Paşinyan ABŞ səfiri ilə nələri müzakirə edib?

Paşinyan ABŞ səfiri ilə nələri müzakirə edib?

Dünya

6 Fevral 2024, 16:12

Ermənistan baş naziri Nikol Paşinyan ABŞ-ın İrəvandakı səfiri Kristina Kuinni qəbul edib.

 

Modern.az Ermənistan mətbuatına istinadən xəbər verir ki, görüşdə Ermənistan-Amerika əməkdaşlığının ardıcıl inkişafının vacibliyini vurğulanıb.

 

Paşinyan ABŞ-ın Ermənistan-Azərbaycan sülh prosesində göstərdiyi səyləri və Ermənistan-Azərbaycan sülh prosesinə yönəlmiş addımları yüksək qiymətləndirdiyini qeyd edib.

 

Müxtəlif sahələrdə ikitərəfli əməkdaşlığın dərinləşdirilməsi, Ermənistan-ABŞ strateji dialoqu ilə bağlı məsələlər müzakirə edilib, Cənubi Qafqazda baş verən proseslər, regional infrastrukturların açılması imkanları ətrafında fikir mübadiləsi aparılıb.

Whatsapp
Bizə yazın!
Keçid et
Xameneiyə qarşı gizli plan - Şok detallar üzə çıxdı