Modern.az

Prezident yeni nazirlər təyin etdi - ADLAR

Prezident yeni nazirlər təyin etdi - ADLAR

Dünya

6 Fevral 2024, 17:16

Fevralın 6-da Qazaxıstanda Baş nazir təyinatı təsdiqləndikdən sonra yeni hökumətdə yer alan nazirlərin adları bir-birinin ardınca ictimaiyyətə elan olunur.

Xarici işlər, daxili işlər və müdafiə nazirlərinin təyinatı barədə xəbər vermişdik.

Modern.az-ın məlumatına görə, Qazaxıstan Prezidentinin mətbuat xidməti daha bir sıra nazir təyinatlarını açıqlayıb.

Dövlət başçısı Kazım-Jomart Tokayevin sərəncamı ilə Akmaral Alnazarova səhiyyə naziri təyin edilib.

Çingiz Arinov fövqəladə hallar naziri, Aibek Dadebayev isə Prezidentinin Administrasiyasının rəhbəri vəzifəsini tutub.

Prezidentin sərəncamı ilə Madi Takiyev Qazaxıstan Respublikasının maliyyə naziri təyin edilib.
 

Bağdat Musin isə rəqəmsal inkişaf, innovasiya və aerokosmik sənaye naziri vəzifəsinə təyinat alıb.

Dövlət başçısı Aidarbek Saparovu Qazaxıstan Respublikasının kənd təsərrüfatı naziri təyin edib.

Digər sərəncamla Almasadam Satkaliyev energetika naziri vəzifəsini tutub.

Qani Beysembayev Qazaxıstan Respublikasının təhsil naziri təyin edilib.

Bundan başqa, Nurlan Baybazarov baş nazirinin müavini - milli iqtisadiyyat naziri postuna təsdiqlənib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə