Modern.az

Vəfa Quluzadə: “Serj Sərkisyan bədbəxt adamdır” - MÖVQE

Vəfa Quluzadə: “Serj Sərkisyan bədbəxt adamdır” - MÖVQE

3 Oktyabr 2013, 12:24

“Serj Sərkisyan bədbəxt bir adamdır. O, Rusiyanın marionetkasıdır”. Bunu Modern.az saytına açıqlamasında keçmiş dövlət müşaviri, politoloq Vəfa Quluzadə Ermənistan prezidentinin Avropa Şurası Parlament Assambleyasının (AŞPA) çıxışına münasibət bildirərkən deyib. O qeyd edib ki, işğalçı dövlətin başçısı Gömrük İttifaqına daxil olmaqla  öz xalqının maraqlarını satıb. “Ona görə də Sərkisyanın danışıqları sarsaq fikirlərdir və ona ciddi fikir verməyə dəyməz”-deyən siyasi analitik vurğulayıb ki, Azərbaycan torpaqlarını işğal edən Rusiyadır və Sərkisyan da Kremlin dəstəyi ilə həmin iclasda rəsmi Moskvanın maraqlarını dilə gətirib. “Mən danışıqlar prosesində ermənilərlə təmasda olanda başa düşdüm ki, onların heç öz müstəqil siyasəti yoxdur. Hamısı Moskvada yazılır, Ermənistana təqdim olunur, ondan sonra da ermənilər onu tutuquşu kimi təkrar edirlər. Bu baxımdan onların bütün çıxışları cəfəngiyatdır”-deyə V. Quluzadə söyləyib.

Xatırladaq ki, AŞPA-nın dünən  keçirilən payız sessiyasında  qurum üzvlərinin suallarını cavablandıran Ermənistan prezidenti Serj Sərkisyanla Azərbaycan nümayəndə heyətinin rəhbəri Səməd Seyidov arasında qalmaqal yaşanıb. S. Seyidov S. Sərkisyana sual verərkən ona Azərbaycanın 20 faiz torpağının ermənilər tərəfindən işğal edildiyini xatırladıb və deyib ki, bu azmış kimi ermənilər Türkiyə və Gürcüstan ərazilərinə də iddia edirlər. Bundan başqa S. Sərkisyan öz erməni xislətinə uyğun açıqlama da verib. O həyasızcasına  bildirib ki, yeni müharibə olarsa,  Azərbaycan  25 faiz torpağını da itirə bilər.

Aqşin Kərimov

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Türkiyədə sığınacaqlar tikilir - Yeni müharibə başlayır?