Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi olan Bakcell şirkəti “Novamedia” MMC-nin dəstəyi ilə “Qazandıran SMS” adlı yeni promo kampaniyaya start verdi.
2013-cü ilin oktyabr ayından etibarən bütün Bakcell abunəçiləri müxtəlif müsabiqələrdə iştirak edib, böyük məbləğdə pul mükafatlarını qazanmaq şansını əldə edəcəklər. Kampaniyaya qoşulmuş Bakcell abunəçiləri “Mümkün qədər sürətli ol”, “Gündəlik viktorinalar”, “Tematik günlər”, “Sehirli sözlər” və “Xoşbəxt saatlar” kimi müsabiqələrdə iştirak edə biləcəklər. Pul mükafatları seçilmiş kateqoriyalar üzrə əldə olunan müvəffəqiyyətlərə görə veriləcək. Mükafatlar gündəlik 25 AZN mükafatından 25 000 AZN məbləğində əsas mükafata qədər fərqlənəcək. Bakcell abunəçiləri suallara cavab verib xal toplamaqla bir-biri ilə yarışacaq. Daha çox xal - daha böyük məbləğdə mükafat deməkdir!