Modern.az

Azay Quliyev vətəndaşları korrupsiyaya qarşı mübarizəyə çağırdı

Azay Quliyev vətəndaşları korrupsiyaya qarşı mübarizəyə çağırdı

3 Oktyabr 2013, 12:48

“Baş Prokuror yanında Korrupsiyaya qarşı mübarizə İdarəsi vətəndaşlarla birgə mübarizə yolunu tutub”. Bunu jurnalistlərə açıqlamasında QHT-lərə Dövlət Dəstəyi Şurasının sədri, millət vəkili Azay Quliyev deyib. O bildirib ki, korrupsiyaya qarşı effektiv mübarizə aparmaq üçün ciddi siyasi iradə lazımdır. “Bu iradə ortadadır. Cənab Prezident İlham Əliyev bu məsələ ilə bağlı ortaya ciddi iradə qoyub. Ölkədə korrupsiyaya qarşı mübarizə aparılır. Təbii ki, bu məsələdə vətəndaşalrımız da fəal olmalı, korrupsiyaya qarşı mübarizədə yaxından iştirak etməlidirlər. Eyni zamanda QHT-lər də bu sahədə aktiv fəaliyyət göstərməlidir”.

A. Quliyev korrupsiya əleyhinə mübarizə aparmaq üçün beynəlxalq təşkilatlarla müştərək müqavilənin imzalanmasını da təklif edib.

Namidə Bingöl  

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Türkiyədə sığınacaqlar tikilir - Yeni müharibə başlayır?