Modern.az

"Biontech" 2026-cı ildə xərçəng üçün dərman istehsal edə bilər

Dünya

7 Fevral 2024, 14:02

Almaniyanın “Biontech” şirkəti süni intellektdən istifadə edərək xərçəngə qalib gəlməyə çalışır.

 

Modern.az xəbər verir ki, şirkətin qurucularından olan Uğur Şahin tərəqqinin əsasən rəqəmsal texnologiya və süni intellekt sayəsində sürətləndiyini deyib.

 

Onun sözlərinə görə, indi əvvəlkindən xeyli tez yeni məlumatları əldə etmək, təsdiqləmək və tətbiq etməyə başlamaq mümkündür və bir çox xərçəng növü daha erkən diaqnoz qoyulub daha müvəffəqiyyətlə müalicə oluna bilər. O hesab edir ki, tibb indi buna doğru yoldadır.

 

Şirkət hazırda 30 yeni xərçəng müalicəsini tədqiq edir və süni intellektə "arxalanır". 2026-cı ildə "Biontech" ilk dərmanı buraxa bilər. 2030-cu ilə qədər şirkət "xərçəng əleyhinə müalicələrin geniş portfeli" ilə bazara girməyi ümid edir.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə